Otellərdə gecələmələrin sayı 26,2 faiz artıb

“Ədəbiyyat və incəsənət” portalının Açıq portfel rubrikasında bu dəfə Dövlət Statistika Komitəsinin otellərlə bağlı gətirdiyi rəqəmlər açıqlanacaq. 

 

2023-cü ilin yanvar-mart aylarında hotel və hostellərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz artaraq 549,2 min olub.

Bölgələr üzrə gecələmələrin ümumi sayının statistikasını nəzərinizə çatdıraq:

55,3 faizi Bakıda, 

9,6 faizi Qusarda, 

5,0 faizi Qubada, 

4,6 faizi Qəbələdə, 

3,7 faizi Naftalanda, 

3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 3,1 faizi Şabranda, 

2,9 faizi Lənkəranda, 

1,2 faizi Mingəçevirdə, 

1,1 faizi İsmayıllıda, 

1,1 faizi Gəncədə, 

0,9 faizi Şuşada, 

0,9 faizi Şamaxıda, 

0,7 faizi Şəkidə, 

0,6 faizi Qaxda,

5,9 faizi digər şəhər və rayonlarda. 

 

2023-cü ilin yanvar-mart aylarında hotel

və hostellərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42,8 faiz artaraq 85,2 milyon manat olmuşdur ki, onun da 55,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9 faizi ictimai iaşə xidmətlərindən, 6,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,6 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

2023-cü ilin yanvar-mart aylarında mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 13,4 faiz səviyyəsində olub (2022-ci ilin yanvar-mart aylarında 10,9 faiz). Bu göstərici Naftalanda 37,0 faiz, Qusarda 30,3 faiz, Şabranda 29,0 faiz, Beyləqanda 25,7 faiz, Bərdədə 22,8 faiz, Şuşada 20,2 faiz, Bakıda 19,9 faiz, Qubada 19,6 faiz, Sabirabadda 18,6 faiz, Naxçıvan Muxtar Respublikasında 16,7 faiz, Ağcabədidə 15,3 faiz, Lənkəranda 14,8 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Növbəti xəbərdə ölkəmizə təşrif buyuran xaricilər barədə statistikanı diqqətinizə çatdıracağıq.

 

“Ədəbiyyat və incəsənət”

(28.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.