Vətəndaşlarımız geyimə daha çox pul xərcləyiblər

“Açıq portel”də “Ədəbiyyat və incəsənət” portalı Dövlət Statistika Komitəsinə istinad edərək növbəti statistik məlumatı yayır. 

 

Xəbər verdiyimiz kimi, cari ilin 1-ci rübündə, yəni, yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard manatlıq məhsul satılıb. Bunkardan 7,4 milyard manatlığı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,6 milyard manatlığı isə qeyri-ərzaq malları olub. 

Bıs konkret, vətəndaşlarımız pullarını daha çox nəyə xərcləyiblər? 

Birinci rübdə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 

2023-cü ilin yanvar-mart aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,6 faizini təşkil edib. 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2023-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,1 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz, bazar və yarmarkalarda 3,5 faiz artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 427,9 manatlıq, o cümlədən 244,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 183,5 manatlıq qeyri-ərzaq malları alıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.