İlin 1-ci rübü arxada qallb və rübün ən müxtəlif statistikaları açıqlanır.
“Açıq portel”də “Ədəbiyyat və incəsənət” portalı yenə də Dövlət Statistika Komitəsinə istinad edir və xəbər verir ki, ilin 1-ci rübündə, yəni, yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard manatlıq məhsul satılıb. Bunkardan 7,4 milyard manatlığı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,6 milyard manatlığı isə qeyri-ərzaq malları olub.
2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 4,1 faiz artıb.
“Ədəbiyyat və incəsənət”
(17.04.2023)