“Gənc Liderlər üçün Qış Universiteti”ndə müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri təqdimatla çıxış ediblər

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə Naftalan şəhərində keçirilən "Gənc Liderlər üçün Qış Universiteti"nin növbəti mövsümü davam edir. 

 

"Davam" Gənclər Hərəkatından AzərTAC-a bildiriblər ki, layihənin məqsədi gənc liderlər və ictimai fəalların üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir. 

Sonra layihənin proqramına əsasən panel müzakirələr keçirilib. 

"Qış Universiteti"nin üçüncü günündə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun təqdimatında “Azərbaycanda din: ideoloji və ictimai təhlükəsizlik müstəvisində”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyevin təqdimatında "Dövlət məşğulluq siyasəti və əmək bazarında yeni trendlər", Milli Məclisin deputatı Könül Nurullayevanın təqdimatında "Gənclər siyasəti, gender bərabərliyi və ictimai fəaliyyət" mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparılıb. 

Günün sonunda DJ-in müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli anlar yaşanıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.