Milli Müdafiə Universteti Açıq Qapı Günü keçirir

 

Xaricdə hərbi təhsil almaq istəyənlər üçün Milli Müdafiə Universteti Açıq Qapı Günü keçirir! Azərbaycan Respublikasının kişi cinsli gənc vətəndaşlarının bundan yararlana bilər.

 

Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı  təhsil müəssisələrinin kursantları üçün yeni fürsətlər təqdim olunur. 

Yalnız, Milli Müdafiə Universiteti beynəlxalq hərbi təhsil əməkdaşlığı çərçivəsində, kursantların qəbul balı və şəxsi istəkləri nəzərə alınmaqla xarici ölkələrdə – Türkiyə, Almaniya, İtaliya, Koreya və Rusiyanın tanınmış hərbi ali təhsil müəssisələrində tam dövlət təminatı ilə təhsillərini davam etdirmək imkanı yaradır.

Heydər Əliyev adına Hərbi İnstituta qəbul I, II, III ixtisas qrupu, Hərbi Tibb Fakültəsinə isə IV ixtisasqrupu üzrə keçirilən imtahanlarda yüksək nəticə əldəetmiş Azərbaycan Respublikasının kişi cinslivətəndaşlarına müsabiqədə iştirak etmək imkanıyaradılır. 

Bu məqsədlə hərbi peşə seçiminə maraq göstərən vəburaxılış imtahanlarında yüksək nəticə göstərmişabituriyentlər və onların valideynləri üçün 26 aprel saat11:00-da Milli Müdafiə Universitetinin Heydər Əliyevadına Hərbi İnstitutunda xaricdə təhsillə bağlı “Açıqqapı” günü keçiriləcəkdir. 

Tədbir çərçivəsində iştirakçılara xaricdə təhsilimkanları və qəbul prosesi barədə ətraflı məlumatveriləcəkdir. Tədbirdə iştirak etmək üçün qeyd olunanlinkə daxil olaraq qeydiyyatdan keçməyiniz kifayətdir.

Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin “Çağrı mərkəzi” — *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  elektron poçt ünvanı fəaliyyət göstərir.

“Fəxr edəcəyin gələcəyi seç — sən də sıralarımıza qoşul!” – kampaniyanın çağırışıdır!

 

“Ədəbiyyat və incəsənət”

(23.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.