İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün şəhidimiz - Baş çavuş Tural Abdullayevin doğum günüdür.
Heç bir şəhidi unutmaq olmaz. Onları daim xatırlamalı, doğum və şəhadər günlərində məzarlarına baş çəkməliyik.
Tural Abdullayev 1990-cı il fevralın 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. Doğulduğu ildən 1992-ci ilə qədər Abdullayevlər ailəsi Laçın şəhərində yaşayıblar.
2008–2010-cu illərdə o, Xüsusi Təyinatlı Qüvvələrin Salyan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2011-ci ildən isə Daxili Qoşunların sıralarında xidmət edirdi.
Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub.
Təltifləri:
"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı;
"Qarabağ" ordeni;
"Vətən uğrunda" medalı;
"Kəlbəcərin azad olunmasına görə" medalı.
Şəhid Tural Abdullayevə məxsus əşyalar, materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.
Allah rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(26.02.2025)