“Ədəbiyyat və incəsənət” portalı Neftçalada yaşayıb yaradan ziyalımız Etibar Əbilovun dünyadan nakam köçmüş oğlu Əbil Əbilovun gündəliyindən təqdim etdiyi növbəti hissəni sizin diqqətinizə çatdırır.
Əbilin gündəliyindən:
TÜRKLƏR HAQQINDA.
21 yanvar 2007.
Biz türkük. Yaşamayan mədəniyyıtlərin, olmayan dövlətlərin gördüyü, sevdiyi bir millətin övladlarıyıq. Zəngin bir mədəniyyətimiz var. Mədəniyyətin, mədəniliyin özü olan OCAĞI ilk dəfə biz alovlandırmışıq. Dünyanın heç bir mağarasında ayı yaşamayanda, biz bir insan olaraq Azıx mağarasında ocağın işığına yığışmışıq. Miflər ölkəsi Hindistanı ilk dəfə bizim Altayda, Tyan-Şanda alışdırdığımız alov işıqlandırıb. Göylərin də yerlər qədər sehrli oldugu bir çağda səma miflərini ocağın ətrafında doğulan oğullarına ad seçib atalarımız, böyüklərimiz, ulularımız. Hindistanda dünyanın ən qədim mifoloji dini yarananda, türklər artıq miflərdən danışmırdılar. Dünyanın ən qədim dastanlarını-bizim dastanları yazıya köçürürdülər. Qopuz çalıb, söz söyləyib, bütlərin olmadığı dövrlərdə əski türkər Göy Tanrıya- Göylərin və yerlərin Rəbbi olan Allaha inanırdılar. Hər şeyin yaradıcısı və yox edicisinin varlığı haqda biliklər ikinci dəfə gəldiyindən min illər öncə gəlmişdi və ya göndırilmişdi, İlahi varlıq tərıfindən Türk ellərinə, Asiya bozqırlarına, Altaylara.
Türk ellərinin Şamanı, Kamı vardı və onlarln sözləri ocağın işığını Günəşin ziyasından üstün edirdi, türk ellərinı gecənin qaranlığında.
Qurani-Kərimdə Allah Təala buyurur ki, "Biz heç bir qövmü peyğəmbərsiz buraxmadıq". Bəli, türk torpaqlarında da peyğəmbərlər gəzmiş, Allahın uca adını günəşin goğub batdığı yerə qədır daşımışlar. Güclərinin yetdiyi qədər. Daha sonra türk sərkərdəlıri günəşin doğub- batdlğı yerə qədər getməyə çalışmışlar. Günəşin doğduğu yerdə dəniz vardı, batdlğı yerdə də. Elə buna görədir ki, qara sevdamız dənizlər olmuşdur. Bu gün də elə bir dəniz, çay, göl yoxdur ki, onun sahilini yuduğu torpaqlarda türkün, türklüyün izinə rastlanmasın.
Şamandan, Kamdan danışdıq. İsa peyğəmbərin davamcıları "havari"lər var, Məhəmməd peyğəmbərdən sonra onun gətirdiyi dinin davasını, təbliğini edən müctəhidlər, Allah dostları- sufilər vardı Şamanın türk ellərində irşad təbliği aparan bir peyğəmbərin davamçısı olmadığı nə məlum?
Bu peyğəmbərlər tarixdə niyə qalmadılar? Tarixdə hansı peyğəmbərlər qaldı? Hz.Lut qövmü ona inanmadı və həlak oldu. Hz.İsmayıl - onun soyundan gələnlər yollarını elə azdılar ki, özlərindən olan, sonuncu peyğəmbərə etmədikləri pislik qalmadı. Hz.Musa qövmü o qədər azmışdı ki, Allah Təala kitabların sonuncusu Qurani-Kərimdə özünün var etdiyi və yaratdığı bir qövmü lənətlədi. Hz.İsanın peyğəmbərliyini 300 il sonra qəbul etdilər. Və s. və s. Bu peyğəmbərlər ona görə unudulmadı ki, sonuncu kitab- "Quran"da hər birinin qissələri, başlarına gələn müsibətləri özlərindən sonra gələn qövm və insan tərəfindən unudulmasın deyə tək-tək yazılmışdı. Və belə də oldu. Qurani-Kərimdə yazılan heç bir şey unudulmadı. Haqlarında məlumat verilən 27 peygəmbər də eləcə.
Yer üzünə 124 min peyğəmbər gəldiyini söyləyirlər. Bəs onların taleləri haqda harda məlumat verilib? Deyə bilməyəcəyəm- bəlkə hansısa İlahi bir kitabda?
Hər bir qövmə ayrı bir peyğəmbər gəldiyinə görə demək ki, türklərə də peyğəmbər gəlmiş. Bəs niyə adı tarixdə qalmamış? Yuxarıda gördük ki, adları tarixə düşən peyğəmbərlərin heç biri qövmləri tərəfindən qəbul edilməmiş. Demək tarixdə faciə yaşayan peyğəmbərlər qalır. Türklərin peyğəmbərlərinin tarixdə qalmamasının səbəbi bəlkə də onların peyğəmbərliyinin türklər tərəfindın qəbul edilməsi olub. Bu,sadəcə minlərcə ehtimaldan bir güclü dəlil ola bilər.
Türklər islamiyyət onların torpaqlarına gələnə qədər və ondan sonra da bir tək Tanrlya- Göy Tanrıya, VIII əsrdən də tək Allaha inanmışlar. Və heç bir zaman da əqidədən dönməmişlər. Dönüklük diğər millət və qövmlər üçün xarakterik olsa da, Türk ulusuna xas olan bir şey deyil...
“Ədəbiyyat və incəsənət”
(21.11.2024)