“Məqsədimiz Bakıdan dünyaya mesaj çatdırmaqdır"—fransız ekoaktivist Featured

Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət

 

"Bakıya Almaniya, Fransa, Niderland, Türkiyə və digər ölkələrdən 200 nəfərlik heyətlə gəlmişik. Velosiped həm düzgün vərdiş, həm qənaət baxımından ən gözəl nəqliyyat vasitəsidir. Bu gün Bakıya gəlməkdə məqsədimiz buradan bütün dünyaya mesaj çatdırmaqdır."

 

Bu sözləri fransalı velosipedçi və ekoaktivist Quiyame Klaude Otrage özəl açıqlamasında bildirib. Velosipedçi qeyd edib ki, Bakıda COP 29-un təşkili ideal səviyyədədir:

 

 "Həm könüllülərə, həm texniki heyətə nəzər  salanda COP 29-un möhtəşəm şəkildə təşkil olunduğunu demək olar. Düşünürəm ki, builki konfranslar böyük məbləğlərlə başa gəlmiş, amma nəticəsi mükəmməl olan tədbirlərdir. 

Bakıda velosiped sürmək ən effektiv əyləncəmizə çevrilib. Velosiped insan həyatı üçün əvəzolunmazdır. Bakıya gəlmək üçün bu heyət ilə bərabər 6500 kilometr yol qət etmişik."

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.