Akif Marifli: Kitab sərgisində mədəniyyətlər, düşüncələr birləşir

 

Bakı Beynəlxalq Kitab Sərgisi əvvəllər iki ildən bir keçirilsə də, son dörd ildə ardıcıl olaraq təşkil edilir. Bu, həm formatına, həm də tədbirlərin sayına görə regionun ən böyük kitab sərgisidir. X Bakı Beynəlxalq Kitab Sərgisində 327 tədbirin keçirilməsi nəzərdə tutulur.

 

Bu sözləri AzərTAC-a müsahibəsində Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli söyləyib.

 

Mütaliəyə marağın artırılması məqsədilə bir çox layihənin həyata keçirildiyini qeyd edən şöbə müdiri, onların arasında ən böyüyünün məhz Bakı Beynəlxalq Kitab Sərgisi olduğunu deyib: “Sərgini bütün sahələrdən olan oxucular ziyarət edir. Burada mədəniyyətlər, düşüncələr birləşir. Sərginin ən böyük üstünlüklərindən biri də ondan ibarətdir ki, buraya dünyaşöhrətli yazarlar dəvət olunur. Bildiyiniz kimi, bu, çətin prosesdir. Lakin biz bunun öhdəsindən gəlirik”.

 

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 8-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(04.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.