Murad Vəlixanov, “Ədəbiyyat və İncəsənət” üçün
1-ci bölüm, “Pənçə”nin doğuşu
Helikopter qəzasından 4 ay sonra.
Tural yaşadıqlarının stresini yeni-yeni geridə qoyurdu. Onun yerinə başqa bir pilot olsa idi, bəlkə də çoxdan ağlını itirib, dəlixanalıq olardı. O hərbi aviasiya akademiyasından məzun olduqdan sonra, Hərbi Hava Qüvvələrində leytenant olaraq yoluna davam edirdi. Daha sonra isə 2016-cı ildə 4 günlük aprel döyüşlərində göstərdiyi xidmət və qəhrəmanlıqların sayəsində baş leytenant rütbəsi ilə təltif edildi. Artıq Tural üçün mübarizə və məsuliyyət yeni başlayırdı, çünki Tovuz döyüşlərindən sonra Azərbaycan Ordusu daha güclü təlimlər keçməyə başlamışdı. Bu məqsədlə Naxçıvanda, həm Ermənistanla sərhəddə baş verə biləcək təhlükəni geri püskürtmək, həm də baş verə biləcək digər hərbi toqquşmalara görə orduya Naxçıvan istiqamətindən hərbi dəstək olmaq üçün xüsusi heyət qurulması barədə qərar qəbul olunmuşdu. Bu məqsədlə Bakıda təlimlərdə iştirak edən Tural komandanlığın əmri ilə Naxçıvana göndərildi. Ancaq Turalın anası Natavan xanım oğlunu hərbçi olaraq yox, həkim olaraq görmək istəyirdi.
N:-Ömür boyu ananı eşitmədin. Şəhid atan belə səni həkim olaraq görmək istəyirdi. Sən isə hərbini seçdin. Ən azından “pilot olma” dedim, onu da eşitmədin. Yaşadığın qəzadan hələ 4 ay keçib.
T:-Ana, etmə belə, mən yaxşıyam, hər şey də geridə qaldı. Nə oldu? Bəs deyirdin hər şəraitdə yanında olacağam? Etmə belə, bu çətin gündə məni tək qoyma.
N:-Of. Oğul olmadın ki, başıma bəla oldun.
T:-Xahiş edirəm, ana, yanımda ol. Bu çətin günlərdə ən çox sənə ehtiyacım var.
1 sentyabr 2020-ci il.
Naxçıvan Muxtar Respublikası. Saat 06:00
Artıq yeni birlik qurulmaqda idi. Birliyin başında general-mayor Əzim Əzimzadə idi. Xidmət etdiyi bölgələrin ən təcrübəli və güclü pilotları bu birliyə tez bir zamanda cəlb olunmalı və təlimlər başlamalı idi. Çünkü orduda və xalqda bir düşüncə var idi. Su yatar, ancaq düşmən yatmazdı. Seçimlərə hərbi hava qüvvələrinin 11 zabiti cəlb olunmuşdu. Ancaq bu 11 zabitdən yalnız 5-i birliyə seçilməli idi.
Ə:-Salam uşaqlar. Bura nə üçün çağırıldığınızı yəqin ki bilirsiniz. İçinizdən 5 nəfər “pənçə” birliyinə seçiləcək. Bu seçiləcək pilotlar ən əlverişsiz hava şəraitində belə verilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadir olmalıdır. Sabah sizlərə xüsusi hazırlıq planı təqdim olunacaq və bu hazırlıqdan keçə biləcək 5 nəfər “Pənçə” xüsusi təyinatlı birliyinin üzvü olacaq. Sabah 04:30-da hərəkat mərkəzində görüşərik.
“Pənçə” birliyində köhnə tanışlar da var idi. Vaxtilə hərbi aviasiya akademiyasında birlikdə təhsil alan Tural və Banu “Pənçə” birliyində bir araya gəldi. Həmçinin həmin akademiyanın ən çox cəza və töhmət alan kursantlarından biri olan Ruslan da “Pənçə”də idi.
T:-Banu, sən də burdasan? “Pənçə”yə seçildiyini bilmirdim.
B:-Salam, Tural, hə, mən də Gəncədə xidmətdə idim. Komandanlığın əmri ilə bura gəlmişəm.
R:-Salam uşaqlar, nə xoş təsadüfdür bu belə? Sizi burda görmək xoş oldu mənə.
T:-Hərbi Aviasiya Akademiyasının ən çox cəza və töhmət alan kursantı Ruslan. Səni də xoş gördük. Açığı bu qədər cəza və töhmətdən sonra baş leytenant rütbəsi alacağını gözləmirdim. Amma yenə də təbriklər.
R:-Hə, akademiyanın ən çalışqan kursantı Tural. Mən də böyük ehtimalla “Pənçə”dəyəm. Artıq birlikdə mübarizə aparacağıq.
Saat 04:30.
Ə:-Sabahınız xeyir, uşaqlar. Sizə dediyim təlimə gəlib çatdıq. İçinizdən sadəcə 5 nəfər “Pənçə”yə seçiləcək. Baxaq görək, içinizin ən cəldi, ən güclüsü və ən dözümlüsü kim olacaq. Hamı təyyarələrə! Pilotlarımız sizi bölgənin ən sıx meşəliyinə endirəcək və sizlər Naxçıvan Muxtar Respublikasının ən güclü və sərrast atəş açan, hədəfdən yayınmayan XTQ-lərinin mərmilərindən qorunub, mənim olduğum bayraq nöqtəsinə çatmalısınız. Hamıdan tez və cəld olan 5 nəfərlə yolumuza davam edəcəyik. Vaxtınız getdi!
Gərgin keçən təlimlər həm “Pənçə”nin psixoloji, həm də mənəvi durumunu gücləndirmək üçün idi. Çünki nə olur olsun, bir pilot belə məcbur qalarsa, meşə mühiti ilə qarşılaşa bilərdi.
T:-Ruslan, yaxşısan? Hər şey qaydasındadı?
R:-Hə, Tural, hər şey yaxşıdı, ancaq “Pənçə”yə seçilsək lap yaxşı olacam.
T:-İNŞALLAH, seçilərik. Amma sənin qızların hissləri ilə oynamağın heç düzgün deyil. Nə olsun ki yaraşıqlısan? Bu o demək deyil ki hansısa qızı aldadıb gözü yaşlı qoyasan.
R:-Tural... bu, günün mövzusu bu deyil. Bu meşədən qurtulaq, hər şeyi açıq-aydın danışarıq. Əyil! Qaç qaç. Bunlar Naxçıvanın ən sərrast qoşunudu. Göydə uçan quşu belə vurmağa qadirdilər.
XTQ:-Uşaqlar qaçmayın əvvəl-axır tapılacaqsız.
T:-Nə olsun ki XTQ-siz. Gəlin tapın da. Qaç, Ruslan, qaç.
R:-Tural, gəl biraz dincələk.
T:-Yox! Ruslan, qaçmaq lazımdı. Bax komandirin durduğu bayraq nöqtəsi görünür. Az qalıb qalx.
Uzun və yorucu keçən təlimdən sonra “Pənçə”yə namizəd olanlar bayraq nöqtəsinə gəlib çatdı.
Ə:-Afərin, uşaqlar! Təbriklər! Güclü və əzmkar olduğunuzu sübut elədiniz. “Pənçə”yə seçilən şəxslərə hərbi formasını və “Pənçə”nin rəsmi emblemi təqdim edin. Tez bir zamanda hərəkat mərkəzində toplaşmaq lazımdı. Önəmli məlumatlar var.
10:00. Naxçıvan Muxtar Respublikası hərbi hava qüvvələri binası.
Ə:-Uşaqlar gəlin. Yoldaşlar, döyüş yoldaşlarınızla tanış olun. Baş leytenant Məmmədov Tural, baş leytenant Əliyev Ruslan, leytenant Əsmərzadə Banu, polkovnik Səidov Cəmil və mayor Həsənli Adil. Bir daha xoş gəlmisiniz. Vaxtımız azdır. Dünən qeyd etdiyim kimi, əlimizdə önəmli məlumatlar var. Livan erməniləri tərəfindən humanitar yardım adı altında ermənilərə silah və sursat daşınması barədə məlumat əldə etmişik. Hətta deyilənlərə görə, silahların arasında kasetli bombalar da var və üç maşın Ermənistana doğru hərəkət edir. Uşaqlar, təcili olaraq bu üç maşını da yerindəcə məhv etmək lazımdı. Əldə etdiyimiz məlumata görə silahları “asala”nın keçmiş üzvlərindən biri olan və “əqrəb” ləqəbi ilə tanınan bir terrorçu qarşılayacaq və bu şəxs uzun müddətdi ki, qırmızı siqnalla axtarışda olanlar arasındadı. Hələki silahları məhv edək, onun ələ keçirilməsi məsələsinə də sonra baxarıq. Ruslan, Tural və Adil. əməliyyatı sizlər həyata keçirəcəksiniz. Hazırlıqlara başlayın və gün doğmadan hərəkətə keçin. Adil, əməliyat şəraitinə sən nəzarət edəcəksən.
06:00
A:-BİSMİLLAH! ALLAH yar və yardımçımız olsun, uşaqlar.
T:-Amin, komandir.
Ə:-“Pənçə” ünsürləri. ALLAH ayağınıza daş dəydirməsin, sağ gedin salamat qayıdın. Pənçə-1 əməliyyat şəraiti barədə hərəkat mərkəzində bizi məlumatlandırın.
A:-Oldu, komandir.
A:-Pənçə,Pənçə-1 danışır. Komandir silahları daşıyan maşınlar aşkar edilib. Atəş üçün əmrinizi gözləyirik.
Ə:-Pənçə-1,Pənçə danışır. Atəş sərbəstdi. Təyin edilən nöqtələri məhv edin.
A:-Oldu. Pənçə-2, Pənçə-3 başlayırıq. Bu gün ermənilərə nəfəs aldırmaq qadağandı.
T:-Pənçə-1, Pənçə-2 danışır. Təyin edilən hədəf məhv edildi.
R:-Pənçə-1, Pənçə-3 danışır. Təyin edilən hədəf məhv edildi.
Ə:-“Pənçə” ünsürləri əllərinizə sağlıq üç hədəfdə uğurla məhv edildi. Hərəkat mərkəzinə geri qayıda bilərsiniz.
T:-Yoldaş mayor.
A:-Bəli, Məmmədov.
T:-Deyilənə görə, komandir NATO təlimlərində onun gözünün içinə baxıb “Qarabağ Ermənistandır” deyən erməni generalı taxta ilə döyüb. Bu düzdür? Hətta eşitdiyimə görə, təlimdə iştirak edən digər ölkələrin general və zabitləri komandirin haqlı olduğunu bildiriblər və erməni general təlimdən xaric edilib.
A:-Bəli, Məmmədov. Komandir erməni generala elə bir dərs verib ki, 1 ildən tez xəstəxanadan çıxası deyil. Çünki onun üçün birinci dərəcəli vətənidir. Vətəninə dil uzadanın nə uzadacağı dili, əl uzadanın isə salamat əli olmaz.
2-ci bölüm
Ali-İmran surəsi 185-ci ayə
“Hər canlı bir gün ölümü dadacaqdır”
Adil elə sözünü təzəcə qutarmışdı ki, düşmən mövqelərindən qumbaraatandan açılan atəş onun helikopterinə dəydi və Adil boyun nahiyəsindən xəsarət aldı.
T:-Komandir! Komandir! Yaxşısınız? Yaranız ciddidi?
A:-Yaxşıyam, Tural. Yaxşıyam, ciddi bir şey deyil.
Ə:-Yoldaş mayor, dözün biraz, hərəkat mərkəzinə çatmısınız. ALLAHIN izni ilə sağalacaqsınız.
A:-Bəli, komandir, əlbəttə sağalacağam. Hələ ermənilərin başına od ələyəcəyik.
Bütün cəhdlərə baxmayaraq mayor Həsənli Adilin həyatını xilas etmək mümkün olmadı. Çünkü qumbaraatanın qəlpəsi Adilin şah damarına dəymişdi.
T:-Komandirin ölümünə mən səbəb oldum. Onun başını qatmasaydım atılan nöqtəni görəcəkdi və bəlkə də atəşin açılmasına şərait yaratmayacaqdı.
Ə:-Tural, günahkar sən deyilsən, hər bir can ölümü dadacaqdır. Etmə belə.
T:-Yox mən bununla barışa bilmirəm, komandir.
Adilin ölümü ilə barışa bilməyən Tural qisas yanğısı ilə yaşayırdı. Onun döyüş yoldaşları belə Turala necə təsəlli verəcəklərini bilmirdilər. Turalın içindəki yanğını söndürə biləcək tək şey komandirin “vur” əmri idi. Turala dəstək olanlar çox olsa da ətrafının bir çoxu hətta Ruslanın özü Adilin ölümündə Turalı günahkar görürdü. Sanki kin Ruslanın gözünü pərdələmişdi. Göydə uçan quş vurulsa, onun belə günahını Turalın üstünə yıxardı. Turalı qisas əməliyyatından savayı birazcıq sevgi belə onu sakitləşdirərdi. Adilin ölümü ərəfəsində hərəkat mərkəzinə dronların idarəsi zamanı radioaktiv vasitələrin istifadəsi üçün Türkiyədən asissent də gətirilmişdi. Bu zamanında Turallada birlikdə olan Mələk idi. Mələk Turalı sevirdi, lakin Ruslanın da Mələkdən xoşu gəlirdi. Turalla Mələyin birlikdəliyi Ruslanın nifrətini birə beş artırmışdı.
T:-Mələk, sən burda nə axtarırsan? Sən də “Pənçə”yə seçilmisən?
M:-Salam, Tural. Yox, mən dronların idarəsi zamanı gətirilən radioaktiv vasitələrin istifadəsi üçün asissent olaraq gəlmişəm. Qısa müddətliyinə burdayam. Yəqin ki tez bir zamanda geri qayıdacağam.
R:-Mələk, xoş gəlmisən, həmişə sən gələsən.
M:-Salam, Ruslan, xoş gördük.
R:-Necəsən, Mələk? Ümid edirəm ki, yaxşı olarsan. Uzun müddətdən sonra səni görmək mənə xoş oldu.
M:-Lap yaxşı, Ruslan, əslində mən bura Tural üçün gəlmişdim. Yaşadığı təyyarə qəzasını gec eşitdim. İstədim ki, vəziyyəti ilə maraqlanım.
R:-Hə, belə de. Əvvəl komandirin ölümünə səbəb ol, sonra da başqasının sevdiyinə göz dik. Nə gözəl dünyadı.
T:-Ruslan, danışığına fikir ver, mənim nə Mayor Adil Həsənlinin ölümü ilə əlaqəm var, nə də kiminsə sevdiyinə göz qoymuşam. Məni yanlış tanımısan.
R:-Kəs səsini. Sən atanın belə niyə şəhid olduğunu bilməyən fərsizin birisən.
T:-Ruslan, sənə dedim ki sus. Alçaq. Həddini bil.
Ə:-“Pənçə”! düzlən! 3 gün boyunca hərəkat mərkəzindən burnunuzu belə çıxarmayacaqsınız. Cəzanızı brifinqdən gələndən sonra açıqlayacağam. İndi isə rədd olun, gözüm sizi görməsin.
Komandirin bu əsəbi davranışı üstəgəl Turalın ata sarıdan qırılan qəlbi aləmi lap bir-birinə qatmışdı.
3 gün sonra.
T:-Komandir gələ bilərəm?
Ə:-Gəl,Tural.
T:-Komandir... “Pənçə”dən ayrılma qərarı vermişəm. Bu da ərizəm.
Ə:-Nəyə görə? Nədir səni belə qərar verməyə sövq edən şey?
T:-Komandir, mənə atam üzərindən və etmədiyim birşey üzərindən hər səfərində zərbə vurmağa çalışan biri ilə eyni heyyətdə ola bilmərəm. Olsam belə bunun axırı yaxşı olmayacaq. Xahiş edirəm fikrimə hörmətlə yanaşın.
Ə:-Yaxşı, Tural, necə istiyirsən elə olsun. ərizəni Baş qərargah rəisinə göndərəcəyəm. 2-3 günə cavab gələr yəqin ki.
T:-Çox sağolun, komandir.
3-cü bölüm.
“Qisas soyuq yeyilən yeməkdir”
Ə:-“Pənçə”, xoş bir xəbərim var sizə. “Əqrəb”in gizləndiyi yer tapıldı. Qısa müddətdə əməliyyata başlanılacaq.
B:-Bu ki əla xəbərdi, komandir. Mayorumuzun qanı yerdə qalmayacaq.
R:-Əlbəttə qalmayacaq. Ən dəyərlilərimizə göz dikənin gün işığına baxa biləcək bir gözü də qalmayacaq.
T:-Komandir.
Ə:-Tural
B:-Tural. Bəs getməyə qərar vermişdin. Nə oldu?
T:-“Əqrəb”lə yarım qalan bir hesabım var. Mayor Həsənlinin qisasını ALLAHIN izni ilə birlikdə alacağıq. Komandir, icazə verin bu əməliyyata mən də qatılım. Xahiş edirəm, məni bundan məhrum etməyin.
Ə:-Ərizəni Baş Qərargah Rəisinə hələ göndərməmişdim. Qayıdacağını düşünürdüm, demək ki, ürəyimə damıbmış. Yaxşı hazırlaşın. “Əqrəb”in başını bu gecə əzəcəyik.
Ani sükut.
Ə:-Uşaqlar, hazırsız? İçinizdə hər hansı bir tərəddüdü olan varsa, desin, hər kəsin fikrinə hörmətlə yanaşacağam.
Heç kimdən səs çıxmır.
Ə:-Elə isə ALLAH yardımçımız olsun. Bu əməliyyat zamanı mən də sizlərlə birlikdə olacağam. Mələk. Hərəkat mərkəzindən dəstəyi bizə sən təmin edəcəksən. Hər hansı bir mənfi vəziyyət yaranarsa bununla bağlı bizi məlumatlandıracaqsan.
M:-Oldu, komandir.
Artıq son düzlüyə gəlinmişdi. Bundan sonrası ya davam, ya da tamam mərhələsi idi. “Pənçə” ovunun ortaya çıxmasını gözləyirdi.
M:-Komandir. “Əqrəb” radarlarımıza düşdü. Hal-hazırda sərhəd istiqamətində hərəkət edir. Yüksək ehtimalla qaçmağı planlayır.
Ə:-Elə də bilirdim. Mələk gözünü onun üzərindən ayırma. Hə, bir də qumbaraatanlara qarşıda nəzarəti gücləndir. Durduq yerə başımız bəlaya girməsin.
Tural “Əqrəb”i təqib etmək üçün heyyətdən ayrıldı.
B:-Komandir. Pənçə-2 qoldan ayrıldı.
Ə:-Tural hara gedirsən? Dərhal qola geri qayıt.
T:-Komandir. Mən sizə hərəkat mərkəzində də dedim. Mayor Həsənlinin qanını yerdə qoymuyacağam. Bunu özümə sığışdıra bilmərəm.
Ə:-Tural, Adilin müddəti ora qədər idi. Bunun başqa bir açıqlaması yoxdu. Onun ölümü ilə sənin əlaqən yoxdu. Özünü bu formada cəzalandırma.
T:-Komandir. Mayor olduğunuz zaman sizin də olduğunuz özəl birlik var idi. O zamanlar sizə dostanda yaxın qardaş dediyiniz bir döyüş yoldaşınız gözünüzün önündə can vermişdi. Yadınızdadı? Hamı sizə hər nə qədər “sənin bir günahın yoxdu” desə də özünüzü o psixologiyadan xilas edə bilmirdiniz. Bir gün əməliyyat zamanı siz şəhid olan döyüş yoldaşınızın qatilinin aşkarlandığını eşitdiniz. Bütün etirazlara rəğmən dediyinizdən dönmədiniz. Həmən şəxs indi dalınca düşdüyümüz “əqrəb”in atası, “asala”nın yaradıcısı Monte Melkonyan idi. Siz onu “pikap”ı ilə birlikdə külə döndərdiniz. Hətta yadımdadır ki, başınıza pul da qoymuşdular. Ancaq siz hər şəraitdə özünüzü qorumağı bacardınız. O gün siz komandirinizi eşitməyib, Melkonyanı öldürüb, Ermənistana 3 günlük matəm elan elətdirdiniz. Xahiş edirəm, bu gün də bu şəraiti, icazəni mən sizdən istəyirəm. Bu millətin, bu vətənin dilində komandirinin “dayan” əmrini çeynəyən bir sərsəri kimi yox, komandirinin “vur” əmrinə uyub, düşmənin bağrını deşən qəhrəman olaraq xatırlanmaq istəyirəm. Xahiş edirəm, məni bundan məhrum etməyin.
Ə:-Pənçə-3 Pənçə-4 Pənçə-2-nin ardınca. Onu tək qoymayın. “əqrəb” elə bir terrorçu və elə bir ilandı ki, öldüyündən əmin olun.
B:-Bu həyatımda gördüyüm ən gözəl əmrdi, komandir.
T:-Komandir, hədəf kilidləndim. Vuruş üçün əmrinizi gözləyirəm.
Ə:-Atəş sərbəstdi. Mələk ətrafda gözün olsun, Turalın helikopterinin hədəfdə olmadığından əmin ol.
M:-Pldu komandir.
T:-BİSMİLLAH!
M:-Komandir. Hədəf vuruldu. Təkrar edirəm hədəf vuruldu.
Ə:-Pənçə-3 Ruslan “əqrəb”in öldüyündən əmin olun. Unutmayın o, Ermənistanın ən təhlükəli sürüngənidi.
R:-Komandir. Hədəf məhv edilib, “əqrəb” ölüb.
Ə:-Əhsən sizə, uşaqlar. Əllərinizə sağlıq. Hərəkat mərkəzinə geri qayıdırıq.
M:-Tural qumbaraatanların hədəfindəsən. Ehtiyatlı ol.
Ə:-Tural... Tural, yaxşısan?
T:-Komandir, helikopterin alovlayıcısı zədə alıb.
Ə:-Tullan helikopterdən, tez. Tural...
M:-Tural, səs ver. Eşidirsən məni?
Ə:-Ruslan, Turalın helikopterinin düşdüyü yeri görürsən? Hərəkətlilik var?
R:-Yox, komandir. Helikopter külə dönüb. Turaldan iz yoxdu.
Ə:-Mələk, Turalın telefonu üzərindən yerini təsbit elə, əgər sağdısa telefonundakı çip aktiv hala gələcək.
M:-Hə. Çip aktivdi.
Ə:-Gözün çipdə olsun. Sabitdi, yoxsa hərəkətli? Və hansı istiqamətdədi?
M:-Hələ ki sabitdi... Komandir çip hərəkət etməyə başladı. Deyəsən, Tural sağdı.
Ə:-Tural... aslanım, səs ver. Eşidirsən məni?
T:-Eşidirəm... eşidirəm, komandir. Helikopterim paramparça oldu, amma sağam.
Ə:-Oh... çox şükür.
R:-Dəli oğlan, hamımızı qorxutdun. Yaxşısan?
B:-Tural, çox şükür yenə sağsan.
T:-Uşaqlar, hərşey qaydasındadı. Bircə məni bu yandırıcı istidən xilas eləsəniz, lap yaxşı olardı.
Ə:-Narahat olma, ardınca gələcəklər.
4-cü bölüm
“Səbrin sonu salamatlıqdır”
Hadisələrdən 1 ay sonra.
T:-Mələk, salam.
M:-Salam, Tural. Xoş gəldin.
T:-Xoş gördük. Eşitdim ki qayıdırsan Türkiyəyə.
M:-Hə, artıq hərbi əməliyyatlar da bitdi. Mənim üçün də geri dönmə vaxtıdı.
T:-Mələk... mən geri qayıtmağını istəmirəm.
M:-Necə yəni?
T:-Mələk... mənimlə evlənərsən? Mənim səndən ta akademiyada oxuyan vaxtdan xoşum gəlir. Ancaq bu təklifi sənə etmək üçün doğru zamanı gözlədim.
M:-Mən... mən bilmirəm nə deyim...
T:-Dərhal cavab verməyinə ehtiyac yoxdu. Nə qədər istəsən düşünə bilərsən.
M:-Tural... mən də səni çox sevirəm və təklifini qəbul edirəm.
T: -Mələk mənə dünyaları verdin.
Mələk və Tural evləndi və hərşey bu səfər xoşbəxt sonluqla bitdi. Bu həyatda hər bir çətinliyin sonu salamatlıqdır.
2-ci hissə
1988-1990-cı illərdə Ermənistan dövləti Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladı. Hələ yenicə müstəqillik əldə edən Azərbaycanı olduqca çətin bir dövr gözləyirdi. Torpaqlarının 20%-i işğal altında olan bir dövlət üçün artıq ayağa qalxmaq və hər şeyə yenidən başlamaq zamanı gəlmişdi. 1993-cü ilin yanvar ayında Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğu barədə fərman imzalandı və Azərbaycan Ordusu yenidən quruldu, təlim görmüş əsgərlər, onların başında duran sağlam psixologiyaya və gücə sahib zabitlər. Bu iki əsas amil bir-birini tamamlayacağı halda bir dövlətin öhdəsindən gələ bilməyəcəyi heç nə yox idi. İlk hədəf olaraq isə Füzuli rayonu seçilmişdi. Əməliyata Horadiz qəsəbəsi və ətraf kəndlərdən başlanıldı. Hər kəs bir kəndi, bir torpaq parçasını müdafiə etməyin onu azad etməkdən qat-qat çətin olduğunu yaxşı bilirdi. Bu məqsədlə Horadiz qəsəbəsi və ətrafındakı 21 kənd azad edildikdən sonra ilk olaraq onları müdafiə etmək barədə mühəndis-istehkam işlərinə başlanıldı. Ordunun başında isə Türkiyədə hərbi təlim keçmiş Mayor Məmmədov Tehran dayanırdı. O, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Türkiyədəki təlimi başa vurduqdan sonra vətənin dar günündə yerində durmayıb cəbhəyə doğru hərəkət etdi. O zamanlar Tural hələ yenicə anadan olmuşdu, Tehran isə iki qısqac arasında qalmışdı, bir tərəfi oğlunun böyüdüyünü görə bilməyəcəyindən qorxur, digər tərəfi isə vətəni bu dar gündə tərk etməyin düzgün olmadığını düşünürdü. Tehran üçün artıq qərar vermək zamanı idi.
N:-Tehran, etmə belə, mən və oğlumuz sənsiz nə edərik? Sən getsən, bizə kim baxacaq? Sən olmasan ordu əksiləsi deyil ki.
T:-Natavan, mən bu millətin bu dövlətin nəfəriyəmsə, onun uğruna canımı qanımı çəkinmədən fəda etməkdən boyun qaçıra bilmərəm. Oğlumuz sənə, sən isə ALLAHA əmanətsən. Şəhid olsam, məni gözəl xatırla. Turalım, arslan parçam atan səninlə fəxr edir. İNŞALLAH, bizim yarım buraxdıqlarımızı sən tamamlayacaqsan. Sən bu dövlətin ən yaxşı hərbçisi və pilotu olacaqsan.
1993-cü il 3 yanvar.
T:-Uşaqlar, necədi vəziyyət?
Ə:-Komandir, düşmən qüvvələri azad edilən kəndlərdəki müdafiə qüvvələrimizi müntəzəm olaraq atəşə tutur. Qüvvələrimizdən bir qrup mühasirəyə düşüb, belə getsə, əsir düşmələri də ehtimallar arasındadı.
T:-Ölərəm, ancaq bir əsgərimin belə əsir düşməsinə şərait yaratmaram. Dərhal ön xəttə gedəcəyik. Mühasirəyə düşən qüvvələrimizi ordan çıxardacağıq.
Ə:-Komandir, bu çox risklidi, hava da qarlıdı, yolunuzu azıb minaya düşə bilərsiniz.
T:-Əsgər, biz bu millətin nəfəriyiksə, bu dövlətin çörəyini yeyib, suyunu içiriksə, bu yolda canımızı, qanımızı fəda etməkdən çəkinməməliyik. Mənimlə birlikdə 4 nəfər gəlsin. Mühasirəyə düşən qüvvələrimizi ordan çıxaracağıq. Sonrasıda ALLAH-KƏRİMDİ.
Havanın qarlı olması həm kəndlər arasındakı gediş-gəlişi çətinləşdirmiş, həm də, görmə sarıdan vəziyyəti qəlizləşdirmişdi. Ancaq Tehran geri dönmək niyyətində deyildi.
Ə:-Komandir, qüvvələrimizi görürəm.
T:-Uşaqlar, təchizatınızdan qənaətlə istifadə edin. Burdan çıxmaq şansımız azdı. Uşaqlar yaxşısınız? Yaralımız var?
Ə:-Komandir, iki yaralımız var. Birinin qan itirmədən dolayı vəziyyəti ağırdı, onları burdan çıxarmaq lazımdı.
T:-Məmmədzadə, Əliyev, yaralıları maşınlara qoyub geri qayıdın.
Ə:-Komandir, bəs siz? Sizi burda qoyub necə geri qayıdaq?
T:-Əsgər sual verməyin vaxtı deyil. Vaxtımız azdı, ötən hər saniyə bizim və yaralılarımızın əleyhinə işləyir, dərhal yaralıları götürüb geri qayıdın.
Ə:-Komandir, burdan çıxmaq şansımız azdı, haqqınızı halal edin
T:-Halal xoşunuz olsun, aslanlarım, hər birinizlə fəxr edirəm. Sizinlə olmaq da şərəf idi, sizinlə ölmək də şərəfdi. Uşaqlar, gözləsək əsir düşəcəyik. Hərəmiz bir tərəfə dağılışıb, düşməni üzərimizə çəkək. Onları pərakəndə şəkildə dağıtsaq, işimiz daha asan olacaq. Atdığınız addımlara diqqət edin, minaya düşə bilərsiz. ALLAH yardımçımız olsun.
Gərgin keçən döyüşlər zamanı həm Azərbaycan, həm də Ermənistan tərəfdən ciddi itkilər oldu.
Səs: -Türk, silahını qoy yerə təslim ol. Nə gedəcək yerin,
nə də səni burdan çıxardacaq bir ordun var. Sən gəl təslim ol və bildiklərini bizə danış, biz də səni sağ qoyaq.
Tehran üzərindəki qumbaranı çəkərək: -İgid bir dəfə ölər, qorxaq isə min dəfə. ALLAHIM, sən əziyyətimi yerdə qoyma, ordumuza millətimizə zaval gəlməsin. ƏŞHƏDÜ ƏN LA İLAHƏ İLALLAH VƏ ƏŞHƏDÜ ƏN LA MUHAMMƏDƏN ABDUHU VƏ RƏSULULLAH.
Səs: -Türk, axırıncı dəfə deyirəm, təslim ol.
Tehran əsir olmağı deyil, Şəhid olmağı seçdi və əlindəki bomba ilə özü ilə birlikdə 10-a yaxın düşmən əsgərini partlatdı. ALLAH HAQQ YOLUNDA ŞƏHİD OLAN BÜTÜN İGİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN
Əl-imran surəsi 185-ci ayə "İNNƏ LİLLEYHİ VƏ İNNƏ İLEYHİ RACİUN (ALLAHDAN GƏLDİK ALLAHA DÖNƏCƏYİK)
“Ədəbiyyat və incəsənət”
(25.09.2024)