Zəhra Allahverdiyeva ,“Ədəbiyyat və incəsənət”
Eşq nədir?
Bu suala minlərlə bəlkə də, milyonlarla cavab tapmaq olar. Çünki hər kəsin eşq anlayışı fərqlidir.
İmam Əlinin (ə) nəzərincə eşqin növləri:
1. Mənasız eşq.
Bu nəfsani istəklərə qulluq edən bir eşqdir. Bu cür eşq zamanı İmam Əlinin (ə) buyurduğu kimi insanın dərki, düşüncəsi və kamal istəyi aradan gedər. Onu xəstə edər və psixoloji problemlər yaradar.
2. Mənalı eşq.
İnsanın kamala və xeyir işlərə çatmaq üçün hiss etdiyi şiddətli eşq və məhəbbətdir. Mərifət, dostluq kimi. Fəzilətli əxlaq kamalın cilvələrindəndir.
3. Mənalı eşqin ən üstünü.
Ariflərin dilində bu eşq həqiqi eşqdir. Bu eşqdə tək məşuq Allahdır. Bu kamalın ali səviyyəsidir. Bu eşq zamanı insanın bütün beyin və psixoloji qüvvələri çiçəklənər.
Eşq qəlbin dərinliyindəki bir hissdir. Eşq böyükdürsə, cürrətkarlığ vardır. Cürrət eşqi etirafdır. Eşqi etiraf cəsarətdir. Eşq bəzən etiraf olunmaz. Ya deyilməyə qorxular, ya da birtərəflidir. Deyilməyə qorxulan eşq 1 aylıq körpənin dil açmasına bənzəyir. Körpənin bioloji gücü yoxdu, aşiqin qəlb gücü yoxdu. Gərçi, ola bilər aşiq dünyalar qədər sevir , nə mənası məşuqə bilməyəndən sonra?
Bir tərəfli eşq platonik sevgi adlanır. Platonik sevgi iki cür ola bilər: 1) etiraf edilib rədd edilmiş ; 2) vəziyyəti əl verməmiş.
Rədd olunmaq necə də ağır gəlir qulağa deyilmi? 2024-də oğlanlar rədd edir, qızlar eşq dalıyca pərvanə olur. Qadınlar bağışlayandı, sevəndi, yolaverəndi. Ona görə də, bəzən oğlanlar xəyanətdən çəkinməz, çünkü zatən qadın bağışlayacaq. Qadın bağışlamaz, ya gedər, ya özü özünə zindan qurar. Bəziləri də sonunu bildiyi hadisəni gözləyər. Sevgi hörmətdisə , xəyanət acizlikdir. Bir də var vəziyyəti əl verməyənlər. Qadınlar nə qədər şəraitə uyğunlaşsa da , insan kimi xərcləri, tələbləri olur. Kişilər bəzən bu tələbləri qarşılayır, bəzən maddi gücləri çatmır. Burada qadınlar 2 yerə ayrılır: vəziyyətə məcburi uyğunlaşan və ayrılan. Nə qədər deyilsə də , puluna baxmıram, xasiyyətinə baxıram, bu da bir yerə qədərdir. Ailə kiçik dövlətdir. Dövlətin xəzinəsi olmasa, inkişaf edə bilməz, sahələrdə durğunluq olar. Ailə də belədir əgər, maddi yığım yoxdursa, ailə qurmaq da çətin olacaq. Rəsmi dini nigah etdin, toy etməzsən ailə arası yığıncaq edərsən, amma bundan sonrasının ucuz hissəsi yoxdu. Ona görə də, oğlanlar kiçik yaşlarından yığımcıl olmalıdı. Yollarda gəzməyin, artıq yerlərə pul verməyin kimə nə xeyri var?
Qızlar isə uşaqlığdan pulu idarəli işlətməyi öyrənməlidir. İşləyib yuvasına dəstək olmalıdır. Ailə qarşılıqlı köməklə ailə olur.
Bəs ədəbiyyat gözündə eşq necə təzahür edir?
Ədəbiyyatda eşqin bir sıra tipləri var:
1) ilahi eşq;
2) dünyəvi eşq;
İlahi eşq nədir?
İlahi eşq Allaha sevgidir, dünyəvi eşq isə Allahın bəndələrinin sevgisidir.
İlahi eşq bəndəylə Allah arasında bir vasitədir. Eşqin İslam’da yeri böyükdür . Eşq elə müqəddəsdir ki, Quran ayələrində özünə yer tapır:
1)“Buna baxmayaraq, Allahdan başqa varlıqları Ona bərabər tutan və onları Allahı sevirmiş kimi sevən insanlar var. Həqiqi möminlərin Allah sevgisi hər şeydən daha güclü və güclüdür. Kaş zalımlar indi əzabı gördükləri kimi bütün gücün Allaha məxsus olduğunu və Allahın həqiqətən çox şiddətli bir varlıq olduğunu anlasalar!” (Bəqərə surəsi 165-ci ayə).
2)“Rəsulum ! De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayandır, rəhm edəndir” (Əl-i İmran surəsi 31-ci ayə).
Bəs biz ədəbiyyatda kimlərin hansı əsərlərində eşqi görürük ?
Qədim dövrün Nizami Gəncəvisi bir eşq elçisi, eşq günəşidir. Nizaminin möhtəşəm əsəri “Xəmsə”nin ana xətti eşq-məhəbbətdir. Nizaminin eşqə baxışı irfani baxışdır.
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin?
Nizaminin fikrincə, eşqsiz cahan ruhsuz bədən kimidir və ilk insan (Adəm) yaradılmamışdan öncə varlıq aləmində eşq yox idi. Tanrı insanı yaratdıqdan sonra eşqi də yaratmışdı”.
_
Deyib bu sözləri, baş qoydu yerə,
Qəbri qucaqladı o birdən-birə.
Dostun qəbrini öpdükdən sonra
“Dost!” – deyib, canını tapşırdı ona.
Heç bir divanə bu qədər dərinliyə varıb, “dost”un “eşq”dən daha ucada dayandığını anlayacaq qədər ağıllı ola bilməz. Demək, Məcnun adi dəli yox, eşqin dəlisi idi. Eşqin dəlisi olmaq isə xüsusi bir dərəcədir”.
_
Biz “Xəmsə”də gördük ki, eşqindən taxt tacı vecinə almayanlar, sevgidən dəli divanə olanlar , sevgisi üçün dəyişənlər var. Eşq insanı saflaşdırır bəli, bəzən böyük şəkili görmürük. Amma onu bilirik ki, sevgi ən gözəl hissdir.
Eşq ilə düzəltdim mən bu dastanı,
Doldurdum səsiylə eşqin, dünyanı.
(“Xosrov və Şirin” poeması)
Biz burada Nizamidən poemasının ana xəttinin eşq olduğunun təsdiqini alırıq. N.Gəncəvinin lirik qəzəl və qəsidələrinin aşiq personajı eşqdən yıpranmış vəziyyətdə deyil. O, çökməyib, şuxdur, inamlıdır, gələcəyə böyük ümidləri var.
_
Klassik ədəbiyyatda Əliağa Vahidin bu şeiri diqqəti cəlb edir:
Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir,
Eşqdən məhrum olan insanlığa biganədir.
Buradakı məna eşqin olmaması varlığın da olmaması demək olduğu qənaətindədir. Yəni eşq olmasa, insanlar bir-birlərini sevməsə bioloji artım olmaz, bu da , insanlığın tükənməsi deməkdir. Həmçinin sevginin insanın saflaşdırmasını, insani keyfiyyətləri qazanmasını da vurğulayır. Əgər sən eşqdən məhrumsansa, sevib-sevilmirsənsə, səndə heç insanlıq da yoxdu .
_
Mikayil Müşfiqin “Sevgilər” şeiri ən sevilən eşq şeirlərindəndir. Hətta bu şeirə mahnılar da qoşulub:
“Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.”
M.Müşfiq deyir ki, elə sevgilər var ki, qəlbə xoşbəxtlik gətirir. Bax elə bu sevgilər ruhu oxşayan sevgilərdi. Sevgi qəlbə, ruha və cana dərmandır.
_
Fikrət Qocanın “Gizli sevgi” şeiri :
Sevgimdən qaçmışam uzaq şəhərə,
Burda da həsrətin gəlib, dayanıb.
Ətrin səpələnib bütün güllərə,
Gözünün rənginə göylər boyanıb.
Burada Fikrət qoca sevginin qaçmaqla bitmədiyini daha da həsrətin darıxmağın şiddətləndiyini bildirir. Hər yerdə çiçəklərin ətrində belə sevgilisi onunladır. Nizamidən qalma bir ifadə var “Eşqindən Leyla olmaq”, yəni Leylanın (Leylinin) eşqi o qədər güclüdür ki, o hər yerdə sevgilisi Məcnunu görür .
Atalar belə yerdə yaxşı deyib: “Sevgi od deyil, amma oddan yamandır.”
Əsl sevgi yara yox, yar’a xoşluq gətirər.
“Ədəbiyyat və incəsənət”
(26.08.2024)