Türk Mədəniyyəti və İrsi Fondu Yakup Öməroğlunun vəfatı ilə bağlı başsağlığı verib

 

 

Türk Mədəniyyəti və İrsi Fondu Avrasiya Yazıçılar Birliyinin sədri Yakup Öməroğlunun vəfatı ilə bağlı başsağlığı verib. “Ədəbiyyat və incəsənət” portalı başsağlığı mətnini təqdim edir:

 

“Türk Dünyasının mədəniyyət və ədəbiyyatının inkişafına böyük töhfələr vermiş Avrasiya Yazıçılar Birliyinin sədri, görkəmli ictima xadim Yakup Öməroğlunun vaxtsız vəfatı xəbərini böyük kədər hissi ilə qarşıladıq. Onun Türk Dünyasının mədəniyyəti və ədəbiyyatının tanıdılması istiqamətində gördüyü işlər əbədi olaraq xatırlanacaq və gələcək nəsillərin yaddaşında daim yaşayacaqdır. 

Türk Mədəniyyəti və İrsi Fondu adından mərhumun ailəsinə, yaxınlarına və Avrasiya Yazıçılar Birliyinin idarə heyətinə və üzvlərinə dərin hüznlə başsağlığı veririk.  Allah rəhmət eləsin!”

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.