Fələstin-İsrail münaqişəsinin həllində beynəlxalq təşkilatların rolu qənaətbəxşdirmi? - ANALİZ Featured

Leyla Kərimova, Tbilisi şəhəri, “Cənubi Qafqaz və Şərqi Avropadakı azərbaycanlı jurnalistlərin cəmiyyəti” təşkilatının nümayəndəsi - xüsusi olaraq “Ədəbiyyat və incəsənət” üçün

 

Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunç 5 avqust 2024-cü il tarixində mətbuat konfransında çıxış edərək beynəlxalq təşkilatların (Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Cinayət Məhkəməsi (BCM) və Beynəlxalq məhkəmə (BM)) Fələstin-İsrail münaqişəsinin həllində səmərəsiz olduğunu bəyan edib. O aydınlaşdırıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun İsrailin baş naziri Binyamin Netanyahu və müdafiyə naziri Yoav Qallantın həbsinə order olmasına baxmayaraq, məhkəmə Fələstin soyqırımının təşəbbüskarlarını həbs etmək üçün heç bir tədbir görmür.

 

Qəzza zolağında fəal döyüş əməliyyatlarının başlamasından bəri dünyanın əksər ölkələrində Fələstinə dəstək aksiyaları keçirilib. Bu ölkələrin hökümətləri isə İsrailin hərəkətini pisləyib və döyuş əməliyyatlarının dərhal dayandırmağa çağırıblar. Xüsusilə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 11 oktyabr 2023-cü il tarixində Qəzza zolağındakı hərbi əməliyyatı “qırğın” adlandırıb, bölqədə nüfuzlu olan bütün beynəlxalq oyunçuları münaqişənin gərginliyi azaltmaq üçün lazımi səyləri göstərməyə çağırıb. Azərbaycanın xarici işlər naziri Cəyhun Bayramov öz növbəsində 18 oktyabr 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin İclasında İslam həmrəyliyinə sadiqliyini bəyan edib və Fələstin xalqının mübarizəsini dəstəkləyib.

 

Beynəlxalq təşkilatlar, xüsusən də BCM silahlı münaqişənin gedişinə təsir göstərməyə çalışır. Sual budur ki, bu nə dərəcədə effektivdir? Artıq bir il yaxındır ki, beynəlxalq təşkilat heç bir qətiyyətli addım atmır. Fələstinli mülki vətəndaşlar isə Qəzza zolağında bombalanır və öldürülür. Bu arada, Beynəlxalq Cinayət Məhkəməsi bu souqırımı, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin təqibinə cavabdəh olan beynəlxalq orqandır.

 

Qəzza zolağında baş verən hadisələr çox tez sıradan bir adi münaqişəsindən çıxdı, çünki qarşıdurma İsrail hərbi qüvvələri tərəfindən Fələstin mülki əhalissinin açıq şəkildə məhv edilməsinə çevrildi. Bu soyqırımın əsas günahkarları İsrailin baş naziri Binyamin Netanyahu və müdafiyə naziri Yoav Qallantdır. Onlar Həmas-a qarşı mübarizə adı altında Fələstində mülki hədəflərə zərbələr endirmək əmri veriblər.

 

Lakin beynəlxalq ictimaiyyətin təzyiqinə baxmayaraq, günahkarların məsuliyyətə cəld edilməsi cəhdləri yalnız 20 may 2024-cü il tarixində həyata keçirilib. BCM İsrailin baş naziri və müdafiyə nazirinin həbsinə order verməyə qərar verdi. Lakin bir ay sonra BCM bu qərarı naməlum səbəblərdən təxirə saldı. 

 

Bunun səbəbi, Böyük Britaniyanın Beynəlxalq Cinayət Məhkəməsinin Təl-Əvivə qarşı qərarına etiraz etməsi idi, çünki İsrail Roma statutunu ratifikasiya etməmişdi. Əlbəttə, Böyük Britaniyanın yeni baş naziri Keir Starmer BCM-nin hökmünə etiraz etməkdən imtina etdi. Lakin, bu presedent BCM-nin xarici təsirdən asılılığını göstərdi. Şübhəsiz, bu onun müstəqil beynəlxalq hüquq institutu kimi nüfuzunu sarsıdır. Beləliklə, Beynəlxalq Cinayət Məhkəməsi növbəti dəfə özünün məsuliyyətsizliyini nümayiş etdirdi, çünki törədilmiş cinayətlərə görə məsuliyyətdən “toxunulmaz” ölkələri uzaqlaşdırdı.

 

Təəssüf ki, bu yeganə hal deyil. 2021-ci ilin sentyabrında ABŞ-ın təzyiqi altında BCM əlində əhəmiyyətli sübutların olmasına baxmayaraq, Əfqanistan ərazisində ABŞ silahlı qüvvələri və xüsusi xidmətlərinin cinayətlərini araşdırmaqdan imtina etdi. Buna görə ABŞ Dövlət Departamentinin o vaxtkı nümayəndəsi Jalina Porter BCM rəhbərliyinə minnətdarlığını bildirib, əksər ictimai təşkilatlar isə bu ikiüzlü qərarı pisləyiblər.

 

Əyni zamanda ABŞ və Böyük Britaniya BCM-nin qərarlarını manipulyasiya edən yeganə ölkələr deyil. Ermənistan da bu qurumdan Azərbaycan əleyhinə təbliğat üçün istifadə etməyə çalışır. Azərbaycan XİN nümayəndəsi Ayxan Hacızadə 2024-cü ilin fevralında haqlı olaraq buna diqqət çəkib. Ona görə, Ermənistanın Roma Statutuna qoşulması İrəvanın bu institutdan Bakıya qarşı əsassız iddialar irəli sürmək üçün istifadə etmək cəhdidir.

 

Türkiyəyə gəlincə, hökumət əleyhinə olan QHT “Turkey Tribunal” digər Avropa təşkilatlarının dəstəyi ilə 2023-cü ilin fevralında Türkiyə hakimiyyəti gözdən salmaq məqsədilə Rəcəb Ərdoğan hökümətinin 200 mindən çox terrorçu ittiham ilə oğurlanmasına və işgəncələrə məruz qaldığına dair saxta sübutları BCM-nə təqdim etdi.

 

Belə çıxır ki, əvvəlcə müstəqil beynəlxalq məhkəmə orqan kimi yaradılan BCM xarici hökümətlərin və QHT-ların əlində iradəsiz bir kukla rolunu oynayıb. Nəticədə, beynəlxalq aktyorlarının fəaliyyətsizliyi fonunda Fələstində vəziyyətin son həddə qədər pisləşməsinə səbəb oldu. Dünya ictimaiyyətinin iradəsiz mövqeyinə cavab olaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 29 iyul 2024-cü il tarixində İsrail münaqişəyə müdaxilə etməklə hədələməyə məcbur oldu ki, bu münaqişəyə şəxsən son qoyulsun.

 

BMT, BCM və digər beynəlxalq təşkilatların rəhbərləri öz öhdəliklərinə diqqət yetirməli və xarici dövlətlərin əlində kukla olmaqdan əl çəkməlidirlər, çünki onlar Fələstin-İsrail münaqişəsinin həllində əsas vasitəçilərə çevrilməlidirlər. Əks halda, BCM-nin acizliyi və fəaliyyətsizliyi fonunda Yaxın Şərqdəki qarşıdurma qlobal böhrana çevrilə bilər.

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.