“Mirvarid Dilbazi Poeziya Məclisi ” İctimai Birliyi layihəsinin icrasına başladı

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “ Mirvarid Dilbazi Poeziya Məclisi ” İctimai Birliyi 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirəcəyi “ AZƏRBAYCAN KƏLAĞAYILARININ TƏBLİĞİ” layihəsinə start verildi. 

 

“Ədəbiyyat və incəsənət” portalına İB-dən verilən məlumata görə, 3 ay (01.06.2024 – 01.09.2024) müddətinə icra olunacaq layihə çərçivəsində Bakıda və bölgələrimizdə milli mənəvi dəyərlərimizə, kəlağayımıza həsr olunmuş  konsert proqramları keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.