“Atilla İlhana deyərdim ki…” - EKSPRESS-SORĞU

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Əgər sizə dünyasını dəyişən hər hansı bir kəsə zəng etmək şansı verilsə idi o adam kim olardı və ona nə deyərdiniz?

EKSPRESS-SORĞU-da bu dəfə məhz bu sualı qoymuşam və ona ən müxtəlif cavablar almaqdayam. 

 

Həyatda belə bir şansım olsa idi, sizinlə dost olardım, sizin kimi şair çətin bir daha dünyaya gələr, Attila ilhan. Tam olaraq əsil dost, əsil şair, qəlbi yumşaq insansız, bu dediklərim sadəcə sizin xoşunuza gəlməyə bilər, çünki siz özünüz haqqında yaxşı sözlər duymağı çox sevmirsiniz. 

Siz vəfat etikdən sonra şeirləriniz sevilməyə, tanınmağa başlandı, əsil qəribə tərəfi bilirsiz nədir? Bir insan oğlu bir insanın dəyərini onu itirəndən sonra anlayır. Və doğrusu, sizi  necə sevməmək olar ki, siz bir insanın adi gülüşundən belə mükəmməl şeir yazan şairsiniz. 

Kaş sağ olsaydınız, bir yerdə ən sevdiyim şerinizin bir parçasını birlikdə oxuyub deyərdik:

Akşamlar bir roman gibi biterdi jezabel Kan içinde yatardi, limandan bir gemi giderdi sen kalkıp ona giderdin.

Her gün eyni ile bu şeiri deyirəm, heç vaxt unudulmaz cənab Attila, sız vəfat etsənizdə  bir yolda, bir gözəl məkanda, məktəbdə, maşında hər kəsin dilindəsiniz. Necə deyiblər, nə xoş o insanın halına ki cismi ölüb, ruhu yaşıyır.

Səkinə Həsənova

 

Mənsə fərqli bir seçim edərdim: bu dünyadan hələ uşaq ikən ayrılan balacalardan birinə zəng edərdim və deyərdim:

Üzülmə balaca, 

heç nə itirmədin, 

bizim heç nə 

qazanmadığımız kimi...

Aytəkin Əziz 

 

Ədəbiyyat və incəsənət”

(15.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.