“Avronun atası" vəfat elədi Featured

 

98 yaşı olan və "avronun atası" adlandırılan Avropa Komissiyasının keçmiş prezidenti Jak Delor vəfat eləyib. Bu barədə xəbəri “Ədəbiyyat və incəsənət” portalı bu saatda Euronews-dan iqtibas edib. 

 

Avropa Komissiyasının keçmiş prezidenti Jak Deloron ötən gün 98 yaşında vəfat etməsi xəbərini qızı Martina Aubrey bildirib.

O, “bu səhər atam Parisdəki evində yuxuda ikən öldü" deyib. 

Delor 1985-1995-ci illərdə Avropa Komissiyasının sədri olub. Onun rəhbərliyi altında hazırlanmış Delor Planı vahid Avropa valyutasının - avronun  tətbiqinə başlamağa imkan verib. 

1995-ci ildə sosialistlər Deloru Fransadakı prezident seçkilərində irəli sürmək istədilər, lakin yeni partiya lideri Henri Emmanuelli ilə fikir ayrılıqları səbəbindən o, namizədliyini geri götürdü. Delor daha sonra gələcək seçki qalibi, mərkəz sağçı Jak Şirakın rəy sorğularında üstünlüyünə görə seçkilərdən yan keçdi. Halbuki o, ölkə prezidenti olmağa yaxın idi. 

Fransa prezidenti Emmanuel Makron Delorun ölümünü belə şərh edib: “Fransız taleyi olan dövlət xadimi, Avropamızın yorulmaz yaradıcısı, insan ədaləti uğrunda mübarizə aparan dahi". 

“Jak Delor Avropamızı daha da gücləndirən vizyoner idi. Onun həyat amalı vahid, dinamik və çiçəklənən Avropa Birliyi idi. O, mən də daxil olmaqla avropalıların bütün nəsillərini formalaşdırdı. Gəlin Avropamızı daim yeniləyərək bu şəxsin irsinə hörmət edək", - bu isə Avropa Komissiyasının hazırkı sədri Ursula fon der Leyenin fikirləridir. 

Fransa Azərbaycana qarşı sərt təpki göstərir, indi də bizə aid abidələrə qarşı dözülməzlik nümayiş etdirirlər. 

Amma biz mərd və ədalətli xalqıq. Biz vəfat etmiş bir məşhur fransalının adını çəkməyə özümüzdə güc hiss etdik.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.