Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Ölkəmizdə İsrail-Fələstin müharibəsinə münasibət ikilidir. Siyasi faktorlar da əsas gətirilir, dini faktorlar da.
Mən sadəcə sizə Azərbaycanın adını ucaldan məşhur yəhudi əsilli vətəndaşlarımızın adlarını sadalamaq istərdim. İçlərində Qarabağ müharibəsi qəhrəmanı, Nobel mükafatçısı, minlərlə insanın xilaskarı, ulduz müğənni, şahmat çempionu, milyardçı - kim desən var.
Yevsey Gindes,
Lev Landau,
Lütfi Zadə,
Mstislav Rostropoviç,
Qavriil İlizarov,
Leonid Vaynşteyn,
Naum Xinkis,
Mirzə Xəzər,
Yuli Qusman,
Mixail Qusman,
Hacımurad Yegizarov,
Lev Yelisavetski,
Mixail Basin,
Qod Nisanov,
Telman İsmayılov,
Emin Ağalarov,
Zarax İliyev,
Timur Vaynşteyn,
Teymur Rəcəbov,
Vado Korovin,
Xəyyam Nisanov,
Aaron İsmayılov,
Albert Aqarunov,
Arye Qut,
Bella Davidoviç,
Məryəm Şabanova,
Timur Rodrigez,
Emmanuil Vitorqan...
Və sonda heç bir şərh vermək istəmirəm.
Şəkillərdə: Ötən əsrin əvvəllərində on minlərlə azərbaycanlı uşağı epidemiyalardan xilas edən həkim Yevsey Gindes və Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi tankçı, ermənilərin qənimi, Şuşa şəhidi Albert Aqarunov.
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)