Adilə Nəzər yazır
“Ədəbiyyat və incəsənət” portalı “Ziyalı mövqeyi” rubrikasında şair, ədəbiyyatşünas, Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərin Yaxın Şərqdə alovlanan müharibə ocağı ilə bağlı qeydlərini diqqətinizə çatdırır.
Fələstin-İsrail müharibəsində Azərbaycanda da hər iki tərəfi dəstəkləyənlər var.
İsraili dost hesab edənlərin əsaslandıqları arqument var - Qarabağ savaşında Fələstinin Ermənistanı dəstəkləməsi.
Bəli, bu əsas və ciddi səbəbdir. Amma son döyüşdə (1 günlük) bu da bəlli oldu ki, İsrail Azərbaycana satdığı raketlərin eynisini Ermənistana da satıbmış. Bu da belə...
Türkiyədə əksəriyyət Fələstini dəstəkləyir, din qardaşlığına görə. Əslində isə cənab Ərdoğan başda olmaqla sağçıların Fələstini dəstəkləməsinin səbəbi Qüdsü qorumaqdır. Yəni Qüdsün müsəlman ölkənin tərəfində qalması istəyidir. (Biz necə deyirdik, Şuşaya kim nəzarət edirsə Qarabağ onundur.)
Çünki Qüds gedərsə Mədinə, Mədinə gedərsə Məkkə, Məkkə gedərsə Kəbə gedər. Müsəlmanların əsas məbədi Kəbə, Məhəmməd peyğəmbərin məzarı və s. hamısı gedər. O zaman İslam dininin sütunu çökər ki, bu olmazsa olmazdır...
(Buna İsrailin gücünün yetməyəcəyini düşünürəm. Hazırda qazanan tərəf isə rəsmi Tehrandır.)
Mənim və mənim kimi sıradan vətəndaşların hansı ölkəni dəstəkləməsinin heç bir fərqi yoxdur. Olsaydı əgər, şəxsən mən ikisinin barışmağını çox istərdim. Müharibələrə yox deyək!
İnsanlar ölməsin, uşaqlar ölməsin!
“Ədəbiyyat və incəsənət”
(13.10.2023)