Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresi iştirakçılara maraqlı tədbirlər və işgüzar imkanlar vəd edir

74-cü Beynəlxalq Astronavtika Konqresi IAC tarixindəki ən müxtəlif konqreslərdən biri olacağını vəd edir. Bu il Azərbaycanın ev sahibliyində Bakıda 2-6 oktyabr tarixlərində keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində kosmik sahədən olan 30-dan çox sponsor şirkət və 150-dən çox sərgi iştrakçısı olan qurumlarla əməkdaşlıq etmək imkanının olması tədbiri tamamilə əvəzsiz edir.

 

Bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” məlumat yayıb.

Qeyd olunub ki, Çinin Astronavtika Cəmiyyəti (CSA) ölkənin kosmos sahəsində əldə etdiyi tərəqqini nümayiş etdirmək üçün Bakıda keçirilən “IAC 2023”də dünyanın ən vacib kosmik tədbirinin baş sponsoru olmaqdan məmnuniyyət ifadə edib. “Platinum sponsor kateqoriyasında SpaceX, Türkiyə Kosmik Agentliyi (TUA) və Səudiyyə Kosmik Agentliyindən (SSA) dəstək aldığımız üçün şanslıyıq. Qızıl sponsorlar kimi bizimlə əməkdaşlıq edərək, “İsrail Aerospace Industries Ltd.” (IAI) və Məhəmməd Bin Rəşid Kosmik Mərkəzi (MBRSC) var. Dəstəklərinə görə “Airbus”, “Axiom Space”, “Intersputnik”, “Ispace”, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO), Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA), “Northrop Grumman”, “Plan-S”, “Vast” kimi Gümüş sponsorlarımıza da minnətdarıq. Bürünc sponsorlarımız– “Asgardia”, “BlackSky”, “Blue Origin”, “EnduroSat”, “Lockheed Martin”, “JGC Holdings Corporation” və “Neuraspace”in səxavətli töhfələri inanılmaz dərəcədə yüksək qiymətləndirilir. “IAC 2023”ün diqqətəlayiq dəstəkçilərinin sıralamasını tamamlayaraq “Amazon Project Kuiper”, “Astroscale”, “Boeing”, “Jet Propulsion Laboratory”, “Space: Science & Technology”, “Technology Innovation Institute”, “Unimetal”, “UK Space Agency” və “Voyager Space” daxil olmaqla bütün sponsorlarımıza sonsuz və səmimi minnətdarlığımızı bildiririk. Kosmik sektorun gələcəyini, onun çağırışlarını və imkanlarını müzakirə etmək üçün siyasətçilər, qlobal beyin mərkəzləri, kosmik sənaye oyunçuları və tədqiqatların birləşdiyi “IAC 2023”də bizə qoşulun”, - deyə məlumatda qeyd olunub.

 

Dünyanın hər yerindən minlərlə iştirakçının iştirak edəcəyi Sərgi kritik işgüzar əlaqələr qurmaq üçün əla vasitədir. Sərginin proqramı ilə burada tanış olmaq olar - www.iac2023.org/exhibition-sponsorship/exhibition/.

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.