Sumqayıtlı detektiv yazarın ilk kitabı çıxıb – ONUN CƏMİ 15 YAŞI VAR

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

 

Ədəbiyyat dünyasında yeni bir addım atan 15 yaşlı Rəşad Qasımzadə ilk kitabı ilə oxucuların qarşısına çıxıb. Kiçik yaşlarından sözə və ədəbiyyata olan marağı ilə seçilən Rəşad artıq bir yazıçı kimi fəaliyyətə başlayır.

 

Sumqayıtda doğulan və hazırda məktəbli olan gənc yazar klassik əsərləri oxumaqla yanaşı, öz düşüncələrini qələmə almağı da vərdiş halına çevirib.

Onun təqdim etdiyi ilk kitab kriminal-dedektiv janrında yazılıb və oxucuları sirli bir cinayət işinin izinə düşməyə dəvət edir. Əsər Sietl şəhərində baş verən müəmmalı qətllərdən bəhs edir. Qatil hər cinayətində öz “imzasını” qoyaraq qurbanlarının boynuna üçbucaq işarəsi çəkir. Müstəntiq Boris Vilyams isə bu sirri açmaq üçün hər detalı araşdırmağa başlayır.

Bu kitab, sadəcə, gənc yazarın ilk addımı deyil, həm də gələcək böyük əsərlərinin müjdəçisidir. Gənc yaşına baxmayaraq insan münasibətlərini dərk etmək və dərin müşahidələr aparmaq bacarığı ilə seçilən Rəşad Qasımzadə gələcəkdə də oxucularını maraqlı əsərləri ilə sevindirməyə davam edəcək.

Onun ilk kitabı istedadın yaş tanımadığını bir daha sübut edir. Gənc yazara ədəbiyyat yolunda uğurlar arzulayırıq!

 

“Ədəbiyyatvə incəsənət

(17.03.2025)

 

               

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.