Sumqayıtlılara layiqli töhfə

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Əməkdar jurnalist Eyruz Məmmədovun “Azəri” nəşriyyatı tərəfindən maraqlı oçerklərlə zəngin “Sumqayıt sabahın şəhəri” kitabı gözəl məkanımızın 75 illik yubileyinə ən dəyərli töhfədir. 

 

Burada Sumqayıtın tarixinin bəhs olunmaqla yanaşı, onun quruculuq işlərində fəallıq göstərmiş təəssübkeşlərinin gərgin əməyi və böyük zəhməti də qələmə alınmışdır. Kitab hər bir oxucunun Sumqayıt haqqında müfəssəl məlumat almasında mühüm rol oynayır. 

kitabda doğma şəhərimizin keçmişi, şanlı tarixi ilə tanış olmazdan öncə şəhər rəhbərlərinin hər birinin bu şəhərdə özünəməxsus yeri və rolu qeyd edilibdir. Müəllif oxuculara üz tutaraq yazır ki, ağ saçlı Xəzərin sahilində salınan bu şəhərin inkişafında danılmaz əməyi olan rəhbərlərlə yanaşı, Sumqayıtın tikintisində çalışan, öz qabarlı əlləri ilə şəhəri pillə-pillə ucaldan fədakar və zəhmətkeş insanlarımızı unutmaq olmaz. Həmçinin əlavə edir ki, Sumqayıt sülhsevər, humanist, dostluq və qardaşlıq şəhəridir. 

Burada əməyi olan fəxri vətəndaşlarımızla da buyurun, yaxından tanış olun. Maraqlı foto-şəkillər əks olunan, eyni zamanda, genişvə məzmunlu məqalələr dərc edilən nəfis tərtibatlı kitabın sonunda Sumqayıtda anadan olan, lakin ölkə xaricində yaşayan soydaşlarımızın şəhərimizlə bağlı xoş sözləri də öz əksini tapıb. 

Eyruz Məmmədovun kitabın hazırlanmasında, yazılmasında gərgin əmək sərf etməsi göz qabağındadır. Ona sonsuz oxucu rəğbəti arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(09.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.