Möcüzə şəhərə hədiyyə

 

İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

 “Sumqayıt” qəzetinin Baş redaktoru, “Tərəqqi” medallı Sübhan Qafar oğlu Quliyevin  “Möcüzə şəhər” kitabı yaxın günlərdə oxucuların ixtiyarına verilib. 

 

Kitabda Sumqayıtın tarixi salnaməsi, dünəni və bu günü, qurucuları, əmək qəhrəmanları, ictimai xadimləri, istehsalatda hünər göstərən mühəndisləri, alimləri, müəllim və həkimləri, yazıçı və şairləri, incəsənət ustaları, bir sözlə, zəhmət bahadırları və onların əmək fəaliyyəti, cəfakeşliyi və fədakarlığı geniş əks olunub. 

Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin və onun siyasi varisi, ölkə rəhbəri cənab İlham Əliyevin Sumqayıtın inkişafına göstərdiyi xüsusi diqqət və qayğısı, şəhərin necə möcüzəyə çevrilməsi barədə ətraflı bəhs edilib.

Uzun illərin jurnalist araşdırması, gərgin çalışması nəticəsində ərsəyə gələn yeni nəşrdə müəllif müxtəlif məqalələr, müsahibələr, oçerk və zarisovkaları məharətlə, yüksək peşəkarlıqla qələmə alaraq ayrı-ayrı bölmələrdə təqdim edib.

Qeyd edək ki, adı çəkilən kitab Sumqayıt şəhər İcra Hakimiyyətinin maddi və mənəvi dəstəyi ilə işıq üzü görüb, böyük marağa səbəb olmaqla yanaşı, Sumqayıtın 75 illik yubileyinə bir töhfədir.

Sübhan Quliyevi təbrik edir, ona daha böyük yaradıcılıq uğurları diləyirik!

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.