“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşarın diqqətini İngiltərədən olan bir qrup tədqiqatçının 3205 kitabsevərlə apardıqları sorğular nəticəsində bütün zamanların ən qarışıq 10 kitabını sıralamaları çəkib. Bu kitabların siyahısını dərc etməmişdən öncə əməkdaşımız öz kitabsevərlərimizdən bir neçəsinə sual ünvanlayıb ki, bəs sizcə ən çətin başa düşülən kitablar hansılardır? Soruşulanların daha çoxu İsa Hüseynovun “Məhşər” romanının adını çəkiblər. Xarici ədəbiyyat arasında isə həmyerlilərimizin daha çoxu Mixail Bulqakovun “Master və Marqarita” və Corc Oruellin “Heyvanıstan” əsərlərini “çətin başa düşülən” hesab ediblər. Yeri gəlmişkən, “Heyvanıstan”da kitabsevərlərimiz lap hədəfi vurublar. Yəni, ingilislərin seçimi ilə tarazlaşıblar.
İndi isə ingilislərin sözügedən siyahısını nəzərinizə çatdırırıq.
“Maddə 22”
Müəllif: Cozef Heller
Janr: Qara komediya, absurd fantastika, tarixi roman
Nəşr olunduğu il: 1961
“Heyvanıstan”
Müəllif: Corc Oruell
Janr: Siyasi satira
Nəşr olunduğu il: 1945
“Milçəklərin tanrısı”
Müəllif: Uilyam Qoldinq
Janr: Alleqorik roman
Nəşr olunduğu il: 1954
“Uğultulu yüksəkliklər”
Müəllif: Emili Bronte
Janr: Tragediya, qotika
Nəşr olunduğu il: 1847
“Cen Eyri”
Müəllif: Şarlotta Bronte
Janr: Bildungsroman (Yaradılış romanı)
Nəşr olunduğu il: 1847
“Səfillər”
Müəllif: Viktor Hüqo
Janr: Epik, uydurma tarix
Nəşr olunduğu il: 1862
“Don Kixot”
Müəllif: Migel de Servantes
Janr: yumor, psixologiya, satira
Nəşr olunduğu il: 1605, 1615
“Uliss”
Müəllif: Ceyms Coys
Janr: müasir roman
Nəşr olunduğu il: 1922
“Mobi Dik”
Müəllif: Herman Melvill
Janr: Epik, macəra, dəniz hekayəsi
Nəşr olunduğu il: 1851
“Pinin həyatı”
Müəllif: Yann Martel
Janr: Fəlsəfi fantastika
Buraxılış ili: 2001
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)