“Google”nin şöbə müdiri olan masallılı balası Featured

“Ədəbiyyat və incəsənət” portalı dünyada tanınmış azərbaycanlıları özümüzə tanıtmaq missiyasını davam etdirir. Bu dəfə sizə “Google" şirkətində şöbə müdiri vəzifəsində çalışan Rüstəm Həşimov barədə söz açmaq istəyirik. 

 

Rüstəm Həşimov 1991-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub.

Lənkəran özəl türk liseyini bitirən Rüstəm Həşimov Ankaranın Orta Şərq Texniki Universitetində kompyuter mühəndisliyi üzrə təhsilini davam etdirib.

Rüstəm hələ tələbə olarkən “Microsoft”un baş ofisində işləmək üçün təklif alıb və təhsilini başa vurduqdan sonra ABŞ-a köçüb.

Bir müddət “Microsoft”da işləyib, daha sonra “Facebook”da proqram təminatı üzrə baş mühəndis vəzifəsində çalışıb.

Hazırda “Google" şirkətində (Kaliforniya ştatının San Fransisko şəhərində) Bulud texnologiyaları departamentində şöbə müdiri vəzifəsində işləyir.

Başı həmişə uca olsun Vətənin başını uca edənlərin!

 

“Ədəbiyyat və incəsənət”

(10.03.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.