Ən çox oxunan xəbər: Müğənni Rəqsanə İsmayılovanın Tbilisidə bu gün - Sevgililər günündə baş tutmalı olan konserti təxirə salınıb.
lent.az xəbər verir ki, Rəqsanə konsertin martın 11-də keçiriləcəyi barədə elan verib. Təxirəsalma səbəblərini izah etməyib.
Xatırladaq ki, Rəqsanə İsmayılovanın konserti iki min tutumu olan Tbilisi Konsert Zalında keçirilməli idi. Hələ bir ay əvvəldən biletlər satışa çıxarılsa da, lazımi qədər satılmayıb.
Onu da qeyd edək ki, Lent.az-ın müxbiri təşkilatçılara zəng vuraraq biletin qiymətinin 12 manat olduğunu öyrənmişdi.
“Ədəbiyyat və incəsənət”
(14.02.2023)