Məşhur rejissor Ceyms Kemeronun “Avatar: Suyun yolu” filmi beynəlxalq kassada “Titanik”i üstələyərək tarixin ən çox gəlir gətirən üçüncü filmi olub. O, xarici bazarlarda 1,538 milyard dollar toplayıb.
Bu barədə “The Variety” məlumat yayıb.
Birinci yerdə isə ekran əsərinin birinci hissəsi (sadəcə “Avatar”)- 2,1 milyard dollarla qərarlaşıb. Hələ ki, xaricdə ən çox gəlir əldə edən film olaraq qalan “Avatar” ikinci olan
“Avengers: Endgame” (1,9 milyard dollar) cüzi fərqlə üstələyir.
Qeyd olunub ki, beynəlxalq kassada Çin (240,6 milyon dollar), Fransa (141,5 milyon dollar), Almaniya (130,7 milyon dollar) və Cənubi Koreya (105,5 milyon dollar) liderlik edir.
“Ədəbiyyat və incəsənət”
(07.02.2023)