Hind aktrisası səhnədə intihar edib

Ən çox oxunan: 20 yaşlı hind aktrisası Tunişa Şarma "Ali Baba: Döyüşçü əfsanəsi" serialın çəkilişləri zamanı intihar edib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Milli.Az "India Today"-a istinadən məlumat yayıb.

 

Sənətçinin meyiti dekabrın 24-də soyunub-geyinmə otağında tapılıb. Faciə baş verən zaman onun sevgilisi aktyor Şizan Mohammed Khan da çəkiliş meydançasında olub. Nəşrin məlumatına görə, hadisədən az sonra sənətçi intihara təhrik etməkdə şübhəli bilinərək saxlanılıb.

 

Khan özü qeyd edib ki, Şarma əvvəllər bir neçə dəfə intihara cəhd edib, lakin o, onu xilas edə bilib. Onun sözlərinə görə, aktrisa ayrıldıqdan sonra özünü qeyri-sabit hiss edib - sənətçi qıza müxtəlif dinlərə mənsub olduqları üçün ünsiyyətini dayandırmağı təklif edib.

Şarma "İmperator Aşoka", "Yenidən Bax", "İnternet üzərindən sevgi" kimi layihələrdəki rolları ilə geniş tanınıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.