Bakıya gələn növbəti türk ulduzu Soner Sarıkabadayı olacaq Featured

Afişada yenilənmə edəndə diqqətimizi bir fakt cəlb edib. Dekabrın 17-si Bakıda Türkiyənin məşhur müğənnisi Soner Sarıkabadayının konserti olacaq.

“Ədəbiyyat və incəsənət” portalı verir ki, pop-müğənni hitləri ilə azərbaycanlı pərəstişkarlarını sevindirəcək.

 

Qeyd edək ki, Soner Sarıkabadayı İstedadlı bəstəkardır, Sibel Can, Demet Akalın, Murat Dalkılıç, Murat Boz, Berkay və digər Türkiyənin məşhur müğənnilərin hitlərinin müəllifidir. Özü oxumaq eşqinə də məhz yazdığı mahnıların populyarlığını görərkən düşüb. Azərbaycanlı izləyicilərin isə o,  xalq artisti Röya ilə birgə ifa etdiyi “O konu” mahnısı ilə yadlarında qalıb. 

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.