Qriqori Leps 60 illik yubileyi şərəfinə Sankt-Peterburqdakı Buz sarayında böyük konsert verib. Konsert boyu tamaşaçılar onunla birlikdə oxuyublar, ona tər çiçəklər hədiyyə ediblər. Amma sonda fanat ordusu pərişan olub.
“Ədəbiyyat və incəsənət” portalı new-magazine.ru-ya istinadən xəbər verir ki, “Ən yaxşı gün” hit mahnısının ifası zamanı sənətçi mikrofonu yerə çırparaq səhnəni tərk edib. Konsertin şahidlərinin sözlərinə görə buna səbəb ifaçının onunla selfi çəkmək istəyən pərəstişkarları ilə mübahisəsi olub. Məhz bundan sonra Leps ifası zamanı mahnını dayandırararq başını bulayıb, tamaşaçılar üçün baş barmağını yuxarı qaldırıb (şəkildə) və mikrofonu şiddətlə yerə çırparaq səhnə arxasına keçib.
Daha sonra sənətçi konsert zamanı özünü pis hiss etdiyini etiraf edib.
Bu xəbər həftəsonunun Ən çox oxunan xəbərləri sırasındadır.
“Ədəbiyyat və incəsənət”
(05.12.2022)