Azərbaycan İstiqlal Muzeyi “Tamaşaçıların Seçimi” mükafatına layiq görülüb

 

Rusiya Federasiyasının Qələbə Muzeyi tərəfindən “Muzeylər Qələbə haqqında” adlı beynəlxalq video müsabiqəsi keçirilmişdir. Qələbə Muzeyinə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan və Moldovanın 120-dən çox muzeyindən XX əsrin ortalarının hərb tarixinə dair muzey ekspozisiyalarından bəhs olunan 130-dan çox  videoçarx təqdim olunmuşdur. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan İstiqlal Muzeyi Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və istiqlalı uğrunda apardığı mübarizəni özündə əks etdirən eksponatların təqdim olunduğu videoçarxla bu müsabiqədə iştirak etmişdir.

Qələbə Muzeyinin rəsmi internet saytında 60 mindən çox internet istifadəçisinin iştirak etdiyi onlayn səsverməyə əsasən Azərbaycan İstiqlal Muzeyi “Tamaşaçıların Seçimi” mükafatına layiq görülmüşdür.

Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi Qələbə Muzeyi ilə 2018 – ci ildə birgə əməkdaşlıqla bağlı imzaladığı memoranduma əsasən müxtəlif layihələr çərçivəsində sərgi və müsabiqələrdə iştirak etmişdir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.