Himni oxumaqdan imtina etdilər

 

İran millisi ölkədəki rejim əleyhinə etirazçılara bu yolla dəstək nümayiş etdirdi

 

Şübhəsiz, bu gün ədəbiyyat və incəsənət sahəsinin adamları da hər kəs kimi diqqətlərini Qətərə keçirilən dünya çempionatına yönəldiblər.

Ötən gün İctimai Televiziya qarşısında oturan futbol azarkeşləri maraqlı bir president izlədilər. İranın milli futbol komandasının üzvləri İngiltərə seçməsilə oyundan əvvəl dövlət himnini oxumaqdan imtina etdilər.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İran millisinin futbolçusu Əlirza Cahanbəxşin sözlərinə görə, bu yolla idmançılar ölkədə baş verən etirazlara dəstək və onların qurbanlarının xatirəsinə ehtiram nümayiş etdiriblər.

Qeyd edək ki, görüş İngiltərə millisinin 6:2 hesablı darmadağını ilə yekunlaşıb. Yaşıl meydanda uduzsalar da, bizsə, iranlı futbolçular siyasət meydanında qazanıblar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.