Bu payız oxumaq üçün lazım olan 10 əsas tərcümə romanı Featured

Ölkəmizdə satılan xarici ədəbiyyatın ən bol və müasir çeşidi, əlbəttə ki, Rusiyadan gətirilən kitablardır. Bu səbəbdən də bizim populyar dünya ədəbiyyatı ilə tanışlığımız mütləq Rusiya kitab tanıtımı bələdçiliyi üzərindən keçir. Bu bələdçiliyin bir nümunəsində bu payız oxunması məsləhət görülən əsas xarici ədəbiyyat sadalanır. Biz də bu ədəbiyyatla “Ədəbiyyat və incəsənət” portalı olaraq sizləri tanış  etmək qərarına gəlmişik.
Ədəbiyyat tənqidçisi və Storytel xidmətinin baş redaktoru Anastasiya Zavozova Esquire-in xahişi ilə xarici ədəbiyyatın əsas yenilikləri barədə danışır. Yu Nesbyödən yeni detektiv və Stiven Kinqin novellaları toplusundan başqa beynəlxalq Buker mükafatı laureatı Marieke Lukas Reynevelddən oxuduqca insanı böyüdən roman, bütün mal, qoyun və donuz ətinin itdiyi və insanların hanniballara çevrildiyi dünya haqqında provokativ antiutopiya, Yaponiyadan hamı kimi olmağa çalışan bir qız haqqında bir hekayə və bir çox başqa şeylər…
Hələ ki, biz təqvimi çevirirdik və dağ gülü olan ryabinanı yandırırdıq, həmin an Britaniyada sentyabrın bircə günü ərzində eyni vaxtda satışa düz 600 yeni kitab çıxdı. Əlbəttə ki, bu, covid-lə bağlıdır: bir çox naşirlər payıza qədər mühüm yay və yaz yeniliklərini saxlayırdılar və indi Britaniya kitab mağazaları  sadəcə bu qədər yenilik qəbul edə bilmir və seçmək məcburiyyətində qalırlar. Rusiya kitab nəşrində vəziyyət, əslində, bir qədər oxşardır, baxmayaraq ki, bazar çox da zəngin deyil. Bir çox həqiqətən əhəmiyyətli yeniliklər öz saatlarını payız-qışa saxladı, doğru hərəkət etdi və görünür, əgər biz hamımız Non Fiction ənənəvi yarmarkasına gedib çıxa biləcəyiksə, onda bizə ora təkərli araba ilə getmək lazım gələcək, çünki orada istədiyimiz hər şey olacaq. Bədii ədəbiyyatın,  bəzi tərcümə bestsellerlərinin sayı o qədər çox olacaq ki, onları hansısa bir siyahıya yerləşdirmək çox çətin, mümkünsüz olacaq, buna görə də aşağıda sadalanan on mühüm və gurultulu romanı əldə etməyinizi istərdik.
1.
"Azbuka" nəşriyyatında çıxan Devid Mitçellin "Utopiya Prospekti" adlı yeni romanı;
2.
Və Y. Nesbyönün "Krallıq" adlı yeni detektivi;
3.
“AST"-də Stiven Kinqin "Əgər qan gedərsə "adlı novellalar toplusu;
4.
Və Dan Braunun "Vəhşi simfoniya" uşaq kitabı çıxacaq. Dan Braun “Da Vinçi kodu”ndan sonra yaradıcılıq axtarışlarını o qədər zənginləşdirib ki, artıq uşaqlardan da yazır.
5.
“Polyandria NoAge" nəşriyyatının payız yeniliklərinin çox möhtəşəm  siyahısı var. Burada Dmitri Kovaleninin tərcüməsində Yapon yazıçısı Eko Eqavanın “Xatirə Polisi " romanı çıxacaq. Bu roman Buker mükafatının qısa siyahısına düşüb.
6.
Bu nəşriyyatda özünəməxsus island yazıçısı Audir Avın “Sakitlik oteli” kitabı (tərcümə skandinavşünas Tatyana Şenyavskayanındır) işıq üzü görəcək.
7.
No Kidding Press nəşriyyatı Tobe Ditlevsenin Kopenhagen trilogiyasını təqdim edəcək. Danimarka uşaq ədəbiyyatının klassik incisi olan bu əsər böyüyən nəsilin daha erkən püxtələşməsini təmin edəcək.
8.
Və "Kitabçılar" nəşriyyatı Natan Inglanderin “Kaddis.com” adlı təzə romanını buraxacaq, Svetlana Silakovanın tərcüməsində.
9.
MİF PRoza-da Ouşen Byonqun “Yerin qısa anı -biz hamımız gözəlik”  (ingiliscədən Polina Kuznetsova tərcümə edib) kitabı çıxacaq. 32 yaşında bu yazar ABŞ və Kanadanın bütün nüfuzlu poetik mükafatlarını əldə etməyi bacarıb.
10.
Ən nəhayət, əlbəttə ki, “Eksmo” nəşriyyatı. Rusiyanın çap industriyası nəhəngi Emili Sent-Con Mandelin “Şüşə otel” romanını satışa çıxaracaq. (Tərcümə Yana Barsovanındır). Bu yazıçıya dünya şöhrətini onun sayca dördüncü olan “On bir stansiyası” romanı gətirib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.