Bir zamanların məşhur modeli indi günü 20 manata dönərçi işləyir

 

Ən çox oxunan xəbər: İllər əvvəl model kimi fəaliyyət göstərən Rüstəm adlı bir bəyin hazırda məkanların birində dönərçi olaraq çalışdığı bildirilib.

 

“Ədəbiyyat və incəsənət” bizim media-ya istinadən xəbər verir ki, "Elgizlə izlə" ictimai-sosial verilişin çəkiliş heyəti Rüstəmin çalışdığı məkana gedərək, onu haqda videosüjet hazırlayıb. 

Daha sonra studiyaya gələn keçmiş model, hazırda isə dönərçi işləyən Rüstəm şəxsi həyatından söz açıb. O bildirib ki, ailə qurduqdan sonra modellik fəaliyyətindən uzaqlaşıb.

Hazırda dönərçi kimi çalışması onun ürəyincədir.  

"Üç ilə yaxındır ki, dönərçi işləyirəm.  Ailə qurduqdan sonra modellik sənətindən uzaqlaşdım. İndi burada çalışıram. Çox zaman gəlib məndən dönər alanda deyirlər ki, sən serialdan çəkilən oğlan deyilsən. Cavab olaraq söyləyirəm ki, yox mən deyiləm.

Modellik sənətində istədiyim uğuru əldə etmişəm. İşimi də özüm tərk etməmişəm. Evləndikdən sonra modellik işinə zamanımı ayıra bilmədim. Dönərçilik işi tələbəlik illərindən bacarıram. Bu işi peşəkarcasına bilirəm. İnsanın sevdiyi işdə olması gözəl şeydir.

Modellik işini də sevərək görmüşəm. Gündəlik 20 manat pul qazanıram. Bir aya 600 manat pul alıram. Öz evimiz yoxdur. Kirayədə qalırıq. 150 manat kirayə pulu ödəyirəm", - deyə Rüstəm bildirib

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.