Parisdə UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyası işə başlayıb Featured

 

Parisdə UNESCO-nun mənzil qərargahında qurumun İcraiyyə Şurasının 215-ci sessiyası işə başlayıb. 

 

“Ədəbiyyat və incəsənət” Qərb mediasına istinadən xəbər verir ki, sessiyanın açılış mərasimində Qananın prezidenti Nana Akufo-Addo çıxış edərək, UNESCO-nun dünyada təhsil və mədəniyyət sahəsində gördüyü işləri təqdir edib.

Sessiya iştirakçıları 214-cü sessiyadan sonra həyatını itirmiş UNESCO ilə əməkdaşlıq etmiş həmkarların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sessiyada İcraiyyə Şurasının 215-ci sessiyasının yekun gündəliyi müzakirə edilərək təsdiqlənib. 

UNESCO-nun Baş direktoru Odri Azule keçən dövr ərzində UNESCO-nun mandatına uyğun olaraq, beynəlxalq səviyyədə görülmüş işlərdən, keçirilən tədbirlərdən söz açaraq, kollektiv məsuliyyətin vacibliyinə toxunub.

Sonra üzv ölkələrin milli çıxışları dinlənilib. 

Oxuculara bildirək ki, Plenar iclasda İcraiyyə Şurasının 28 üzv ölkəsi, eləcə də qurumun üzvü olan Azərbaycan milli bəyanatla çıxış edəcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.