ABŞ tarixində ikinci ən böyük lotereya cek-potu udulub, məbləğ başgicəlləndiricidir: 1,3 milyard dollar.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, uduşu İllinoys ştatında Mega Millions lotoreya biletini alan vətəndaş almalıdır. Bütün altı nömrə üst-üstə düşüb. Kiminsə uduşu almaq üçün müraciət edib-etmədiyi hələ bilinmir. Belə böyük məbləğdə qalib gəlmiş şəxsin ştatın qanununa görə öz adını açıqlamamaq hüququ var.
Rekord cek-pot isə 4 il əvvəl udulub, 1,5 milyard dollar.
Bəli, Amerika deyəsən lap başını itirib. Lotoreya hara, milyard rəqəmi hara.