Ən çox oxunan: Ukrayna mədəniyyətinin xilaskarı olacaq fransız mühəndis

 

Ukraynada hərbi əməliyyatların üç ayı ərzində bir çox tarixi və memarlıq abidələri məhv edilmişdir. Bu gün ölkədə mədəni irs obyektlərini inkişaf etmiş texnologiyalar, o cümlədən 3D - scanning metodu vasitəsilə qorumaq üzərində iş aparılır.

 

“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, fransız mühəndisi Emmanuel Duran 3D məlumatlarının  toplanması üzrə əla mütəxəssisdir. Bundan başqa o, insanpərvərdir, humanistdir. Könüllü olaraq, Ukrayna memarlarına və bərpaçılarına Kiyev, Lvov, Çerniqov, Xarkov şəhərlərinin görməli yerlərinin rəqəmsal modellərini yaratmağa köməklik edir.

Emmanuel Duran bu barədə ondan soruşulanda belə deyir:

"Skaner saniyədə 500 min nöqtəni fiksə eləyir. Yalnız bu rakursdan, məsələn, bizdə təxminən 10 milyon nöqtə olacaqdır. Sonra biz yerdəyişmə ilə bütün binanı gəzəcəyik. Sonra bütün məlumatları kompüterə köçürəcəyik, bir növ, 3D puzzle

toplayacağıq".

Vəziyyəti aydınlaşdırmaq üçün Yekaterina Kuplitskayanı - Ukrayna memarını, mədəni irs obyektlərinin zədələnməsinin sənədləşdirilməsi üzrə təşkilatın üzvünü də gəlin dinləyək:

"Memarlıq irsi siyahısına Xarkovdakı 500 binanı daxil etmək lazımdır ki, onların əksəriyyəti Mərkəzi tarixi rayonunda, bir-birinə çox sıx yerləşir. Top atəşlərinə və bombardmana məruz qalmış bu binaları mən dağılmış gördüm.”

Bəli, olan olub. Barı, fəlakətin qarşısı alınsın. Nəticədə, bu cür yanaşma ilə bir neçə millimetr dəqiqliyiylə binanın rəqəmsal bərpası əldə edilir. Bu, dağıntıların miqyasını düzəltməyə, zədələnmənin xarakterini, konstruksiyanın təhlükəsizlik nöqteyi-nəzərindən dayanıqlığını araşdırmağa, bütün bunlar da ağır zamanlarda Ukrayna mədəniyyətini qoruyub saxlamağa imkan verir.

Və bu işə fransız Emmanuel Duran kimi insanların töhfə vermələri onu deyir ki, şər heç vaxt xeyiri üstələyə bilməz.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.