Cümə günü ən çox oxunan xarici xəbərlər sırasında təbii ki, Rusiya - Ukrayna müharibəsi yenə aparıcı yeri tutdu, ən öndəki xəbər isə heç də döyüş xəbəri olmadı. Bu, Rusiyaya gedəsi olan lyuks avtomobillərin taleyi ilə bağlı xəbərdir.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, Belçikanın limanlarında çoxlu sayda əntiq əşyalar yığılıb, onların Rusiyaya yolunu Ukraynaya qarşı aparılan işğalçı müharibə kəsib. Onları başqa ölkələrə satmaq da hələ mümkün deyil. Nəticədə, bu sayaq aşırma məntəqələrində əsl tıxac yaranıb.
Euronews-un müxbiri Pedro Sakadura hadisə yerindən xəbər verərək deyir:
-Burada, Zeebrugge limanında mənim ətrafımda "lüks" tipli minlərlə maşın dəstəsi düzülüb. Avropa İttifaqının sanksiyaları avtomobillərin ixracını ləngidir və buradakı avtomobillərin ən ucuzu 50 min avrodan bahadır".
Açıq dayanacaqda səkkiz min qəşəng avtomobil hərəkətsiz qalıb və onların üzərinə toz yığılmaqdadır. Avtomobillərin mühafizəsi üçün də böyük pullar tələb edilir. Rusiya gəmilərinə Avropa Birliyi limanlarına daxil olmaq qadağan olunduğundan yüklər daşınmır. Bütün bu təsərrüfatlara Zeebrugge Yeni maşınlar üçün beynəlxalq terminalının direktoru Mark Adriansens nəzarət etməli olub. O deyir:
-Uzaq Şərqdən gələn bu avtomobillər Rusiya üçün nəzərdə tutulub. Amma onlar artıq oraya ixrac olunmur. Gömrük onların burada qalmalarının lazım olduğunu söylədi, onların alqı-satqı əməliyyatı bloklandı. Biz bilmirik ki, onlar bu dayanacaqda nə qədər olacaqlar. Onların titduqları sahələr genişlənib nəzərdən itməkdədir, demək ki, oğurlana biləcəkləri ehtimalı da var. Güman edirəm ki, biz bu avtomobillərə alternativ bazarlar axtaracağıq. Varlı ruslara bab kimi tapacağıq görən?
Zeebrugge də digər AB limanlarında olduğu kimi Rusiya üçün nəzərdə tutulan mallarla dolu konteynerlərlə yüklənməkdədir. Alıcılar sərhəddin o tayında pullarını və səbrlərini itirməkdədirlər. Avropa limanları, ticarət şəbəkələri və yük terminalları da zərər verir.
Amma bu, hələ hamısı deyil. O da var ki, Rusiyanın enerji daşıyıcılarına tam embarqo qoyulsa, hamı üçün itkilər artacaq.
Rusiya özünü də, başqalarını da pis vəziyyətdə qoyub. Görünən isə odur ki, bu xəmir hələ çox su aparacaq.