Pandemiya rekordu - “Morbius" prokatın ilk günündə beş milyon dollar topladı Featured

“Ədəbiyyat və incəsənət” portalı Deadline nəşrinə istinadən  məlumat verir ki, çoxdan premyerası gözlənilən, Sony-nin istehsal etdiyi  “Morbius" (Morbius) kinokomiksi 31 mart  günündə — prokatının ilk günündə 5,7 milyon dollar qazanıb. 

 

Bu məbləğ ilk gündə 3583 kinoteatrda nümayiş nəticəsində qazanılıb. Bu məbləğ digər premyeranın - "Şazam" (Shazam) kinokomiksinin nəticəsindən geri qalır. Həmin kinokomiks İlk prokat günündə 5,9 milyon dollar qazanmışdı. Bu hadisə 5 aprel 2019-cu il tarixində baş vermişdi. Amma onu da nəzərə alın ki, indi pandemiya dövrüdür. 

Deadline şirkətinin məlumatına görə, Sony bu istirahət günləri - bu gün və sabah üçün 30 milyon dollar həcmində yığım gözləyir, halbuki kino bazarı mütəxəssisləri 40-50 milyon dollar həcmində ümumi uikend kassası proqnozlaşdırır. Filmin istehsalı Sony-yə 75 milyon dollara başa gəlib.

Hal-hazırda, "Morbius"

kino tənqidçilərinə xəyal qırıqlığı yaşadıb, Rotten Tomatoes saytında komiksin müsbət rəylərinin faizi yalnız 15% təşkil edir. Tamaşaçı reytinqi isə hələlik müsbət rəylərin 64% - i səviyyəsində qalmaqdadır.

Film nadir qan xəstəliyindən əziyyət çəkən və bütün həyatını müalicə olunmaq üçün bir yol axtaran Dr Michael Morbius (Jared Summer) haqqında danışır. Uzun axtarışlar onu yarasaların qanından dərman düzəltmək yolu ilə sağalmaq fikrinə gətirib çıxarır. Bir çıxılmaz addım, anlaşılmaz qərar və eksperiment  (narkotika qəbulu) dəhşətli nəticəyə gətirib çıxarır, qəhrəman canavara çevrilir.

 

Şəkildə: “Morbius" treylerindən kadr

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.