“2025-ci il artan geosiyasi risklərin təzyiqi altındadır” – Kənan Məmmədovun məqaləsi ABŞ saytında Featured

ABŞ-də yaşayan soydaşımız Kənan Məmmədovun bu ölkənin CFA (Chartered Financial Analysts) İnstitutunun təsis etdiyi “Enterprising Investor” saytında məqaləsi dərc olunub.

“2025-ci ilin ikinci rübü yaxınlaşdıqca qlobal iqtisadiyyat davamlılıq və narahatlıq qarışığı ilə inkişaf edir. İnflyasiya azalsa da və iqtisadi artım bərpa olunsa da, 2025-ci il artan geosiyasi risklərin və struktur fərqlərinin təzyiqi altındadır. Buna baxmayaraq, perspektivlər dəyişməz olaraq qalır. Son tariflərin və ticarət sürtünmələrinin Yeni qüvvəyə minməyə başladığını nəzərə alsaq, onların dünya bazarlarına uzunmüddətli təsiri aydın deyil...”

Bu cümlələr məqalənin preambulasıdır.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Tariflər və geosiyasət 2025-ci ilin qlobal iqtisadi gözləntilərini necə formalaşdırır?” adlı məqalədə Kənan Məmmədov cari ildə qlobal iqtisadiyyata təsir edən əsas faktorlar kimi geosiyasi risklər və ticarət tariflərini önə çıxararaq, müasir iqtisadiyyatın mürəkkəbliyinə və qeyri-müəyyənliyinə diqqət çəkib.

Mövcud iqtisadi vəziyyətin ticarət əlaqələrində ciddi dəyişikliklərə səbəb ola biləcəyini qeyd edib. Müəllif 2025-ci ildə bu risklərin düzgün şərh edilməsi və onlara uyğun strateji qərarların verilməsinin  analitiklər və investorlar üçün əsas hədəf olduğunu bildirib.

Qeyd edək ki, ABŞ-nin Corc Vaşinqton Universitetində təhsil alan Kənan Məmmədov universitetin nəzdində fəaliyyət göstərən Azərbaycanlı Tələbə Təşkilatının həmtəsisçisidir. 2023-cü ildə Naxçıvanda keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı, Amerika Azərbaycan Gənclər Forumunun təşkilatçılarından biridir. Soydaşımızın maliyyə sahəsindəki araşdırmaları müxtəlif tədqiqat platformalarında yayımlanır.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://blogs.cfainstitute.org/investor/2025/04/14/how-tariffs-and-geopolitics-are-shaping-the-2025-global-economic-outlook/

REDAKSİYADAN: Məqalə barədə portalımızı məlumatlandıran Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq bildiririrk.

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.