PORTAL AKADEMİYASINDA - Napoleon Hillin «Düşün və varlan» kitabından bəzi qiymətli kəlamlar Featured

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.

Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.   

 

Napoleon Hillin «Düşün və varlan» kitabından bəzi qiymətli kəlamları da qeyd etməyi özümə borc bilirəm:

 

«Uğur qazanan insanlar öz təşəbbüsləri ilə hərəkət edirlər. Amma onlar, hər hansı istiqamətə doğru hərəkət edəndə hara çatacaqlarını da əvvəldən bilirlər».

«Əgər yanında ona kömək edən adamlar olmasa heç bir şəxs daim uğur qazana bilməz».

«Ən uğurlu adamlar o adamlardır ki, onlar çoxsaylı insanlar üçün işləyirlər».

«Sən bir şeyi yalnız o zaman edə bilərsən ki, sən bunu edə biləcəyinə inanasan».

«Bu çox vacibdir, əvvəl özünün xoşuna gəlməlisən, sonra başqalarının».

«Öz fikirlərini düz istiqamətə yönəlt. Öz emosiyalarına nəzarət et. Öz məqsədini dəqiq müəyyənləşdir».

«Entuziazmla içini doldur. Entuziazmla hərəkət et!»

«Beynini istədiyin, arzuladığın şeylərlə doldur, istəmədiklərinlə, arzulamadıqlarınla yox. Qədim bir məsəl var: «Öz arzularınızdan qorxun, onlar mütləq həyata keçəcəklər».

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.