Reytinq
“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız.
Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.
Planlaşdırma nədir? Biznesdə ən vacib elementlərdən biri barədə söhbətimizi davam etdiririk.
Çoxu məhz burda büdrəyir!!!
Bu bölümdə sizin firmada olacaq bütün istehsalat və işçi prosesləri təsvir edilməlidir. Burada siz tutduğunuz binalar, onların yerləşməsi, avadanlıq, personalla bağlı məsələləri nəzərdən keçirməlisiniz. Bundan başqa, bu fəsildə prosesə planlaşdırdığınız subpodratçıların cəlb edilməsinə də diqqət ayrılmalıdır.
İnvestorları həmişə bir sual maraqlandırır: biznes öz məhsulu və ya xidmətinin keyfiyyətinə necə təminat verəcək.
Ona görə də siz məhsulun istehsal sisteminin necə təşkil olunduğunu və istehsal prosesləri üzərində nəzarətin necə həyata keçirildiyini qısa şəkildə izah etməlisiniz.
Növbədə” idarəetmə personalı barədə düzgün bilgi verməyi öyrənməkdir.
“Ədəbiyyat və incəsənət”
(08.03.2025)