ŞEDEVRLƏR: Vinsent Van Qoq, “Çiçəkləmiş badam budağı…” Featured

 

 

Təqdim edir: Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Rubrikamızda bu gün ilk baxışda adi, amma adi olduğu qədər də özündə çox ciddi mesajlar daşıyan bir rəsm əsəri barədə danışacağıq.

 

Dünyaşöhrətli flamand rəssamı Vinsent Van Qoq “Çiçəkləmiş badam budağı stəkanda” rəsmini 1888-ci ildə çəkmişdir.

Sen Remi de Provans şəhərciyi yanındakı qospitalda dünyaya vəsiqə qazanmış rəsm çox sevdiyi  qardaşı Teonun yeni dünyaya gəlmiş oğlunun şərəfinə çəkilmişdir. Uşağa Vinsent adı qoyulmuşdu. 

Badam nədir? Baharın rəmzi, həyatın davam etməsinə işarə.

Rəsm hazırda Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. 

Gözəlliklər tək göz və zövq oxşamırlar, həm də insanı pozitivə yükləyirlər, gəlin bunu unutmayaq.

 

“Ədəbiyyat və incəsənət”

(08.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.