Dr. Hüseyn Şərqidərəcək Soytürk - “Ədəbiyyat və incəsənət” üçün
Şərq aləminin böyük dahisi və düşünürü (mütəfəkkiri) böyük Şah İsmayıl Xətai qoca doğu dünyasının yetişdirdiyi nadir və hikmətli söz adamı və dövlət qurucusudur. Bu böyük varlıq həm də Azərbaycan türk insanıdır.
Onun dühası, iradə və cəsarəti hərbi, siyasi və ədəbi bacarığı özündən yüz illər sonra da yeni-yen ruhların yetişməsində dərin iz və etgi (təsir) buraxmışdır.
Yurdumuzun belə böyük düşünür dühalarının yetişdirməsi dünya və insanlıq naminə böyük şərəf və qürur mənbəyidir. Bizim olan böyük şəxsiyyət dünya insanlarına mənəvi zənginliyi və yuksəlişi, həm də fəlsəfi-ideoloji açısından təsir etmişdir. Hətta, onların çıxış yollarına çevrilərək gələcəyə işıq tutmuşdur. Şərq və islam mədənəiyyətini dərindən mənimsəyən Şah İsmayıl həm də bir hökmdr kimi türk-islam aləsminin psixoloji yönlərini köklü şəkildə öyrənib bilmiş və dəyişdirmşdir.
Ümumiyyətlə, Şah İsmayıl dövrün türk təfəkkürünün ərsəyə gətirdiyi cahanşümul şəxsiyyətlərdəndir. Ona görə ki:
1. türk dilinin (azərbaycan türkcəsinin) ədəbi dil və sonra də dövlət dili səviyyəsində status qazanmasının səbəblarıdır;
2. ideoloji memardır, ona görə ki, islam dininin şiə formasını fəlsəfi və elmi şəkildə demək olar ki, ərəb islam mədəniyyətindən fərqli oalraq yerli milli islam – azərbaycan mədəniyyətinin banisidir. Bu yenilik bizlərə sadə görünə bilər. Ancaq tarixin o dövründə ərəbçilik fikir istilasından qurtuluş yolu kimi məhz tarixi-ideoloji yenilikdir. Şah İsmayıl isə bunun hamisi və banisidir. Eləcə də bu əsasda o qurduğu dövləti ərəb islam fikir sültəsi ilə yoz, azərbaycan-islam yöntəmi ilə idarə etmişdir. Buna qızılbaşlar deyilir;
3. o qurucu və cəsurdur, ona görə ki, dövlət və dövlət silsiləsinin qurucusu və banisidir. Böyük Səfəvilər dövlətinin yaracıcısıdır. Cəsur sərkərdə və şahdır. Həm də əcdadının illər boyu birikdirdiyi fikir dağarcığının sözün əsil mənasında qurduğu dövlət vasitəsilə həyata keçirməsidir. İdeolojini siyasətə, siyasəti dövlətçiliyə xidmət kimi istifadə etməyi bacarmışdır. Zira, ideolojisi olmayan dövlət zamanın sürə hökmünə məhkumdur. Ancaq ideolojisi olan dövlət və dövlətçilik tarixi məğlubiyyətə uğrasa da yenidən cücərib rüşt etməyi bacarır;
4. o, sufi xaqan, hakim olaraq həm də şairdir, yəni, söz insanıdır. Dilimizin təməlini sarsılmaz bünövrələrlə möhkəmləndirmiş və onun rüşt və nümuvvuna xidmət etmişdir. «Dəhnamə» və «Nəsihətnamə» kimi əsərləri ilə ədəbiyyatımızı zənginləşdirmişdir;
5. Şah İsmayıl bir insandır. Əlbəttə ki, onun səhvləri də olmuşdur. Ancaq onun bu səhvləri də yenə xarici amillərin təsiri ilə baş vermiş ola bilər.
Bütün müsbət yönlü işləri ilə yanaşı Çaldıran savaşı onun tarixi səhvi olaraq, həm də onun şəxsiyyətini, eləcə də qurduğu dövləti dərindən sarsıtmışdır. Nəhayətdə onun qurduğu milli dövlət bu sürəcdən sonra başqa bir xalqın dövlətinə çevrilərək azərbaycan dövlətçilik statusunu itirmiş oldu. bu səbəbdən savaş və müharibənin də yaranma dəlilləri açıq-aydın ortadadır. Şah İsmayılın savaş məsələsinə bir şah və hakim kimi girişi ilk növbədə onun türklüyə və türk birliyinə vurduğu zərbə kimi başa düşmək olar. Çünki o bir şah və ya sultan kimi bu savaşa girməyə bilərdi. Ancaq digər tərəfdən türkün (azərbaycan) qədim düşmənlərindən olan tacik, pars amili və bu amilin Səfəvi sarayında şahın dizinin dibində olması göstərir ki, ilk növbədə bu faktor savaşın yaranmasında önəmli səbəbdir. Ona görə ki, fars dövlətçiliyi ərəb və türklükdən aldığı yaralarını bu yaralarını bu əməlliri ilə bir az da olsa sakitləşdirməyə cəhd etmişdirlər. İkinci amil sünni islamdan imtina və şiə məzhəbinə keçmək, bu da pars və tacik ünsürünün ərəblərdən islam vasitəsilə aldığı böyük dağıdıcı zərbənin tərafisi kimi tələqqi edilə bilər. Pars faktoru həmişə ərəb, yaxud islamın onlara istila yolu ilə diktə edilməsini qeyd edir. ancaq, İran ərazisində türk ünsürünün mövcudiyyəti islamın yayılmasına yaşıl işıq olaraq zəmin yaradır. Səfəvi dövləti bu yöndə həm türk amili olaraq, həm də pars faktorunun işinə yarayan dəyişik islam formasını bir fürsət kimi qarşılamışdır. Zirə, ondan öncə də parsların türk dövlətlərində belə bir hərəkətin həyata keçirilməsinə çabaları olmuşdur. Ancaq türk hakimiyyətlərinin dinə və islama təməl əsaslarla bağlı olduqlarından bu mümkün olmamışdır. Üçüncü amil isə xarici amildir. Avropanın Osmanlı türk imperiyası ilə olan düşmənçilik səbəbi bunun əsasında dayanır. Türklərin qarşısında aciz qalan avropalılar çıxış yolunu müsəlman dünyasında digər etnik (ya da milli) mənsubiyyətli xalqları türklərdən qoparmaq siyasəti həyata keçirmişdir. Səfəvi və Osmanlı iki türk imperiyası olsa da ilk növbədə onların arasında coğrafi və siyasi sərhəd yarada bilməyən xristian aləmi ən incə yollarla məzhəb ayrışmasına yol açmışlar. Sonra isə sözdə islamı qəbul edib, ruhlarında isə ərəb islam qalibiyyətini həzm edə bilməyən fars amilinin əli ilə Avropa amili ortaq düşmən deyə ortaq məxrəcə gələrək Osmanlı türklərinə arxadan zərbə endirərək onu zəiflədib, eləcə də məqsədlərinə nail olmaqdır. Bunu da Çaldıranda qardaş savaşı ilə bacarmış olan uzaq xarici amil, yəni avropa (xristian dünyası) və yaxın daxili (Səfəvi dövlətinin içində) olan fars amili ki, ərəb istilası və islamiyyətini sevməyən şovinist köhnəpərəst farsizm demək olar ki, tarixi başarıya imza atmış və o gündən sonra türklərin bir-birlərindən din və dil fərqlənməsi geqiş vüsət almışdır. Beləcə də Orta Asiya ilə torpaq birliyi bağlılığı qopmuş olan Anadolu türkü, Anadolu Orta Asiya ilə ərazi yapışıqlığını siyasi də olsa itiomiş olmuşdur. Çaldıran savaşından sonra Səfəvi dövləti Azərbaycan dövlətçiliyindən çıxaraq İsfana intiqal etmiş və fars dövlətçiliyinə qulluq edərək və sadəcə türk ünsünlərini dildə və memarlıqda qoruyub saxlamaqla qənaətlənmişlər. Coğrafi bütövlüyü olaraq Orta Asiyadan gələn İran fəlatından yol edərək Avropaya uzanan türk varlığı İranın orta (mərkəzi ərazilərində) bütövlüyü qırılaraq məsafə açmağa başlamışdır. Min illərlə ərazi birliyini və bütövlüyünü təmin edən türk ünsürünün birdən-birə Çaldıran savaşında ata yurdu ilə ana yurdu arasında qopma və qırılma əmələ gəlmişdir və bu siyasət planını türkün əzəli və əbədi düşmənləri çox ustalıqla bacarmış və və həyata keçirmiş olurlur. Ondan sonra Avropa amili Osmanlı türk imperiyasında müxtəlif xalqları təhrik edərək onu parçalamış, hər yüz ildən bir bir qədər türklərin ərazi bütövlüyünü qırmağa müvəffəq olmuşdur. Birinci Dünya savaşından sonra da Azərbaycan türkləri ilə Anadolu türkləri arasında bəzi süni dövlətlərin yaradılması ilə (Gürcü və Erməni kimi) qondarma dövlətlərlə bölməyi bacarmışlar. Daha irəliyə baxsaq, görərik ki, Çaldıran savaşı siyasəti hələ də davam etməkdədir. Ona görə ki, Avropa amili əgər güney Azərbaycan xalqına öz müqəddəratını təyin etmək hüququnu tanımırsa, lakin bir neçə min erməniyə işğal edilmiş Qarabağda öz məqəddəratını təyin etmək hüququnu tanıyırsa və bununla yanaşı kürdlərin bu qədər can atırsa, bu o deməkdir ki, onlar yeni, növbəti yüz ildə, Azərbaycan, xüsusilə də Türkiyə türkləri arasında kürd qondarma (eyni ilə gürcü və erməni kimi) bir dövlətin yaranmasına cəhd edirlər və etməkdədirlər. İrak- Suriya iç savaşı, eləcə də kürd terrlr bölücü qruplaşmaları bunun əyani sübutudur. Avropa amili onlar üçün Çaldırandan doğan Günəşin işığında buna nail ola bilsələr, o zaman Türkiyə türklərinin bağını tamamilə Azərbaycan və Orta Asiya ilə kəsmiş olacaqlar. Bu mərhələdən sonra isə onları Avropa birliyinə alaraq yox etmə və assimilyasiya siyasətinə başlayacaqlar. Gərçi bu sürəcdə farslar onlara türk konusunda lazım olmayacaqlar və Güney Azərbaycanda milli köklərə bağlı olmayan zəif dövlətin icad edilməsinə yaşıl işıq yandırmış olacaqlar. Unutmayaq ki, onlar ərəblərə xof gəlmək üçün farsları zəif saxlayaraq həmişə dəstəkləyəcəklər. Lakin bütöv Azərbaycan dövlətinin yaranmasına heç vaxt müsaidət etməyəcəklər. Çünki onların ana siyasi xətləri ilə güclü hər hansı bir türk ünsürlü bir dövlət ziddiyyət daşıyır. Hal-hazırda Çaldıran savaşının açdığı yolla irəliləyərək Kürdüstan dövlətinin yaranmasına nail olmağa çalışırlar və bunun da bölgə və qitəmiz üçün doğuracaq bir çox təhlükəli amillərindən qorunmaq gərəkir.
Şah babamızın bütün müsbət işləri ilə yanaşı bircə Çaldıran savaşı türklüyə ağır zərbə olaraq tarixdə öz yerini almışdır. Bu günkü tərklük bu yaraların sarılması üçün alternativ yollar və siyasi rıçaqlardan istifadə etməlidir.
“Ədəbiyyat və incəsənət”
(29.12.2024)