14 fevral günü, əlbəttə ki, ilk növbədə Sevgililər Günü kimi tanınır. Ancaq bu gün qeyd olunan daha bir bayram haqqında da xəbərdar olan insanların sayı get-gedə artır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 2012-ci ildən başlayaraq hər il 14 fevral Beynəlxalq Kitab Bağışlamaq Günü (International Book Giving Day) və ya uşaqlara kitab hədiyyə edən və onlara kitab oxumağı sevdirən hər kəsi birləşdirən Beynəlxalq Kitab Günü kimi qeyd olunur.
BMT-nin və ya digər ictimai təşkilatların beynəlxalq xarakterli problemlərə diqqəti sayəsində doğulan bayramlar var, dövlət bayramları, dini, peşə və s. bayramlar vardır. Hər halda, onların hər birinin öz yaranma tarixi də var.
Kitab hədiyyə etmək günü – təkcə qlobal mahiyyətinə görə deyil, həm də ona görə beynəlxalq bayramdır ki, öz kökləri ilə bir xalqdan çıxıb bütün xalqlara aid olub.
(Xatırladaq ki, bu bayramın yaranması təşəbbüsü bir adi insana – ABŞ-da uşaq kitabı saytının banisi xanım Emmi Brodmura məxsusdur).
Bayramınız mübarək, əziz kitabsevərlər!