Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.
Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”
Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.
Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:
1.
Tomas Qobbs: “Dil hörümçək toru kimidir. Zəif beyinlər sözlərə ilişib onlarda itib-batır, güclülər isə onların arasından asanlıqla keçib gedirlər.”
Hərdən ingilis filosoflarını oxumaq lazımdır.
2.
Yalnız Odisseyin deyil, hər adamın öz İtaka adası var və hər kəs ömrü boyu o adaya qayıtmaq üçün çırpınır.
3.
Məşhur fizik Nils Bor öz dostu başqa bir məşhur fizik Pauliyə onun Amerikada etdiyi fantasmoqorik elmi çıxışından sonra belə deyir:- Biz hamımız belə hesab edirik ki, sizin nəzəriyyəniz ağlasığan deyil. Yeganə bizi nara hat edən budur ki, işdi-şayəd biz bu ağlasığmaz lığı həqiqət kimi qəbul etmək istəsək, o, kifayət dərəcədəmi ağlasığmazdır?
4.
“ Sən məni görməzsən yüksəkliyindən
Yer üstdə yeriyib kiçilmişəm mən.
Elə qaçarsan ki, gərəkliyindən
Hamı şübhə edər mövcudsanmı sən
– Allahım, sən mənim ürəyimdəsən.”
5.
Hamı səni sevənlər burdadı...
6.
Bütün ədəbiyyat Düma ilə Coys arasında.
Coysun ağır və mürəkkəb çətinliyi, Dümanın meh qədər sadə asanlığı...
7.
Dilçiliyə fəlsəfədən yol alıb gələn Sokrat fəlsəfəyə əsaslanmış dilçilik yaradan Sössürdən fərqlənirdi. Sokratdan Sössürə gələn yol, əslində, Xaosdan Kosmosa gələn yol idi. Xaotik, pə rakəndə dilçilik duyumundan səlis və əsaslan dırılmış dilçilik baxışına gələn yol!
“Ədəbiyyat və incəsənət”
(03.12.2024)