BİR DİREKTOR, BİR ŞAGİRD layihəsində Tünzalə Zeynalova və Elmira Abbaslı Featured

“Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun  Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor, bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir. 

Hazırda təqdimatda Bakı şəhəri 53 nömrəli tam orta məktəbdir.

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR:

Tünzalə Zeynalova 1991-ci ilin sentyabr ayından Bakı şəhəri Nəsimi rayonu 14 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. 1995-ci ildən həmin məktəbdə ibtidai siniflər üzrə direktor müavini, 1998-ci ildən təşkilatçı, 2003-cü ildən 2015-ci ilə qədər isə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Bir neçə beynəlxalq təlimlərin iştirakçısı olub. 2003-cü ildə "Təhsildə keyfiyyət ili" çərçivəsində keçirilən "Pedaqoji mühazirələr"in respublika mərhələsində I yerə layiq görülüb. 2015-ci ildə YUNİSEF və Xəzər Universitetinin birgə təşkil etdiyi "Potensial məktəb direktorları" təlim kursunu uğurla bitirərək Bakı şəhəri 283 nömrəli tam orta məktəbə direktor təyin olunub. 2018-2019 ,2019-2020 və 2022/2023 cü tədris ilidə təhsil müəssəsinin idarə olunmasında yüksək fəaliyyətinə və idarəçilik səriştəsinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Fəxri fərmanla təltif edilİib. Təhsil nazirinin 04 oktyabr 2019 cu il tarixli, K-1516 nömrəli əmri ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb. ATİAHİ-nin 100 illik yubileyi münasibətilə 01 mart 2021 ci il tarixli, 28 nömrəli qərarı ilə Həmkarlar ittifaqındakı fəaliyyətinə görə "Yubiley döş nişanı" ilə təltif edilib. 2022 və 2023-cü illərdə rayonun ictimai həyatında fəal iştirak etdiyinə, təhsilin inkişafında göstərdiyi yüksək nəticələrə görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2022 və 2023 cü ildə Fəxri Fərmanla təltif edilib. 2022-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin ümumtəhsil kateqoriyası üzrə "Təhsilin inkişafında incəsənətin rolunun artırılması" mövzusunda, 2023-cü ildə VII qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə "Qrafik dünya, Təhsildə dizayn bacarıqlarının artırılması" mövzusunda qalib olub. 2000 - ci ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. 2017-2021 ci illərdə YAP Binəqədi rayon Təşkilatının sədr müavini vəzifəsində çalışıb. 2020-ci ilin 15 iyul tarixindən hal hazıra kimi Bakı şəhəri 53 N li tam orta məktəbin direktorudur.

 

ŞAGİRD:

Mən, Abbaslı Elmira Bakı şəhəri, Yasamal rayonunda yerləşən 53№-li tam orta məktəbin IX A sinfində təhsil alıram. 

Təhsil aldığım illərdə bir çox nailiyyətlər qazanmışam. Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində ADPU – nun təcrübəçi müəllimlərinin həyata keçirdiyi layihədə iştirak etmişəm. Ən sevimli fənlərim kimya və ingilis dilidir. 2023-2024-cü illər ərzində Britaniya dil konsulluğu tərəfindən ingilis dili üzrə B2 səviyyəsində sertifikat əldə etmişəm. 2021-ci ildə Lütfi Zadə adına məntiq olimpiadasında fəal iştirak etmişəm.

Asudə vaxtlarımda mütaliə ilə məşğul olmağı sevirəm. Daha çox bədii ədəbiyyata üstünlük verir, həm müasir, həm də klassik dünya ədəbiyyatı nümunələrini oxumağı sevirəm. Arzum gələcəkdə həkim olmaq, xalqıma, Vətənimə ləyaqətli bir övlad olub, ona layiqincə xidmət etməkdir.

 

ESSE

“Mütaliə”

Mütaliə insanın şəxsi inkişafında, düşüncə tərzinin genişlənməsində və bilik səviyyəsinin yüksəlməsində mühüm rol oynayır. Mütaliənin əsas dəyəri ondan ibarətdir ki, insanları yeni məlumatlarla tanış edir və onların dünyagörüşünü zənginləşdirir. Mütaliənin köməyi ilə insanlar öz bilik dairəsini genişləndirir, tənqidi düşünmə qabiliyyətini artırır və həyatda qarşılaşa biləcəyi çətin situyasiyalara qarşı hazırlıqlı olur.

​Davamlı oxu vərdişi həm də insana müxtəlif həyat təcrübələri bəxş edir. Müxtəlif janrlar və mövzular üzrə kitablar oxumaqla insanlar fərqli düşüncələr və mədəniyyətlərlə tanış olurlar. Bu isə dözümlülük, empatiya, başqalarının fikirlərinə hörmət kimi vacib xüsusiyyətlərin inkişaf etməsinə kömək edir. Elmi əsərlər, bədii ədəbiyyat və digər yazılı mənbələrdən əldə olunan məlumatlar insanın nitq qabiliyyətini, yazı üslubunu və digər bacarıqlarını təkmilləşdirir.

​Mütaliə zamanı insanda yaradıcılıq və fantaziya güclənir. Bədii əsərlər xüsusilə romanlar və hekayələr oxucunun xəyal dünyasını genişləndirir. Bununla da insan dünyaya fərqli bir baxışla yanaşır, hadisələri daha dərin dərk edir.

​Həmçinin, mütaliə insanın yaddaşını və konsentrasiyasını da tərəqqi etdirir. Davamlı oxumaqla beyin məşq edir, yaddaş güclənir və diqqət dağınıqlığı problemi aradan qalxır. Bütün bu mənfəətlərin hamısı insanın həm şəxsi, həm də peşəkar həyatında yeni uğurlara nail olmasında rol oynayır.

​Nəticə olaraq, mütaliə insan həyatında böyük əhəmiyyət daşıyır və hər kəs bu vərdişin inkişafına çalışmalıdır. Kitablar bilik mənbəyi olmaqla yanaşı, eyni zamanda ruhun qidasıdır və oxumaq insanı daha zəngin, daha mənalı bir həyata doğru aparır.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.