Xalq şairi Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında

ABŞ-ın populyar “Poetryverse” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Rəsul Rzanın ingilis dilinə tərcümə olunmuş “Qədim əlyazması”, “Məndə ixtiyar olsa”, “Hamımız yoldayıq”, “Sənə də qalmaz” şeirlərinin yayımına başlayıb.

 

“Ədəbiyyat və incəsənət” portalı Dövlət Tərcümə Mərkəzinə istinadən xəbər verir ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ingilis dilinə tərcümə müəllifləri tanınmış Amerika şairi Tomas U. Keys və Mərkəzin Böyük Britaniya və İrlandiya ilə ədəbi əlaqələr üzrə koordinatoru Nərmin Həsənovadır.

 

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən portal mütəmadi olaraq səhifələrində Uilyam Şekspir, Volfqanq Höte, Aleksandr Puşkin, Emili Dikinson, Ceyn Ostin, Pablo Neruda kimi dünyaşöhrətli şair və yazıçıların yaradıcılığına yer ayırır.

 

“Ədəbiyyat və incəsənət”

(18.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.