“Ədəbiyyat və incəsənət” portlı Sərrast status rubrikasında bu gün güneyli soydaşımız Əli Çağlaya müraciət edir.
Bu günlərdə Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley tədbirlərində iştirak üşün Bakıya gəlmiş Əli Çağla 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinə də qatılıb və orada bir nüans onun diqqətindən kənara qaçmayıb.
Beləliklə Əli Çağla yazır:
“Dünən axşam Bakı Ekspo Mərkəzində əziz dostum Rasim Garaca və Ilqar Tağı ilə görüşdük, onların yorğun olduqlarını nəzərə alıb müxtəsər halda söhbət elədik.
Sərgidə növbəti iş günü başa çatırdı. Rasim bəy kitabların üzərinə parça atıb örtdü.
-Bu parça kitabların əmniyyətinin önünü alar, oğurlamazlar? - deyə soruşdum.
Rasim bəy qayıdıb, "Burda hər nəyi oğurlasalar da, kitabları oğurlamazlar, onsuz da kitab oxuyan yoxdur" söylədi.
Və bu fikir məni çox üzdü…
“Ədəbiyyat və incəsənət”
(08.10.2024)