Azərbaycanlı professor 8 milyon avro mükafat qazanıb Featured

 

Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri, İnsan Miqreni Araşdırma Birliyinin direktoru prof. Dr. Məsud Aşina Danimarka Milli Tədqiqat Fondunun 8 milyon avro mükafatına layiq görülüb. 

 

“Ədəbiyyat və incəsənət” pprtalına Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu mükafat Miqrendə Kəşflər Mərkəzinin yaradılmasına sərf olunacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məsud Aşina “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü seçilib. Azərbaycanlı professor diaspor fəaliyyətində xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Soydaşımız 2019-cu ildə Lundbeck Professor proqramı fondunun ən böyük həcmli qrant proqramında iştirak edərək baş ağrılarının yeni müalicə metodlarının axtarışına və təkmilləşdirilməsinə görə 5 milyon avro mükafata layiq görülüb.

Məsud Aşina qazandığı mükafatla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan Diaspor TV-yə müsahibə də verib.

 Müsahibəni aşağıdakı linkdən izləmək mümkündür:

https://www.youtube.com/watch?v=Ok-cp1O-W0s


“Ədəbiyyat və incəsənət”

(04.10.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.