Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Təbii ki, hər bir KİV üçün hansı səpkili yazılarının daha çox oxunması barədə məlumatlar maraqlıdır. Mən də “Ədəbiyyat və incəsənət” portalının son 10 gününün reytinqini diqqətinizə çatdırmaq istədim.
Burada həm portalın əməkdaşlarının (Əli Çağla, Nemət Tahir, Sərtyel), həm daimi müəlliflərinin (Əkbər Qoşalı, Təranə Dəmir, Aysel Fikrət, Fəxrəddin Qasımoğlu, Coşğun Xəliloğlu) müəllif yazıları yer alıblar, ilk onbeşlikdə cəmi 3 xəbər var, bu da cəmi-cümlətanı 20 faiz deməkdir.
İlk onbeşliyin mövzu rəngarəngliyi də qeyd edilməlidir. Sıralanmada birinci qərarlaşmış Əkbər Qoşalının yazısı siyasi icmaldır, ikinci olan Sərtyelin yazısı satıradır, üçüncü yerdəki Nemət Tahirin yazısı isə səfər təəssüratıdır.
Digər yerlərdə ədəbiyyat və incəsənət xadimləri barədə qeydlər, şeir, hekayə, esselər və qeyd etdiyimiz xəbərlər yer alır.
Amma günümüzün bir gerçəkliyini də mütləq qeyd edək. Bu gün ölkənin elektron KİV-lərindəki yazı və xəbərlərin oxunma sayı birbaşa onların sosial mediada paylaşılmasından asılıdır. Demək, bəzən çox dəyərli, bir inci olan yazılar sadəcə kölgədə qalır, böyük oxucu auditoriyasına yol aça bilmir.
Və sonda onu da qeyd edim ki, günümüzdə sırf mədəniyyət sferasında KİV-in mövcud olması elektron KİV deyiləndə yalnız xəbər və futbol saytlarının nəzərdə tutulmasını bir norma hesab edən Azərbaycanda sensasiya hesab edilə bilər. Fədakarlıqla mədəniyyəti təbliğ edən əməkdaşlarımıza alqış düşür!
“Ədəbiyyat və incəsənət” portalında son 10 günün reytinqi
16 -26 iyul, 2024
1.”Görüşdən qaçanlar” - Əkbər Qoşalı
2. Gülüş klubu - Sərtyel
3. “Özümdən 3 yaş böyük… “- Nemət Tahir
4. “Gülbəy” - Coşğun Xəliloğlu
5. “Müşfiq xanın ad günündə…” - xəbər
6. Status yağışı - Əli Çağla ilə
7. “Ədəbi proses 2023” -xəbər
8. “Şeytanla bəhsə girib… “- Təranə Dəmir
9. “Şuşada Emil Əfrasiyab…” - Aysel Fikrət
10. Poeziyanın yorulmaz əsgəri Eldar Əhədov
11. “AYB Lənkəran bölməsi…” -xəbər
12. “Sumqayltda yerli AYB bölməsi… -xəbər
13. “Urmu gölünün uykusu” - Əkbər Qoşalı
14. “Mahcamal haqqında…”- Aysel Fikrət
15. “Ruh” - Fəxrəddin Qasımoğlu
“Ədəbiyyat və incəsənət”
(29.07.2024)